KİV: NATO-nun hərbi strategiyası Avropanın təhlükəsizliyini təmin etmir
Yusif Nəzərli
06:20 26.06.2025
Dünya
419
NATO-nun hərbi strategiyası Avropanın təhlükəsizliyini təmin etmir.
Teleqraf xəbər verir ki, Çinin nüfuzlu "Global Times" nəşri NATO-nun Haaqa sammitindən sonra yayımladığı redaksiya məqaləsində alyansın artan hərbi ekspansiyası və müdafiə xərclərinin kəskin yüksəldilməsini tənqid edib.
Məqalədə bildirilir ki, bu addımlar Avropanın təhlükəsizliyini təmin etmək əvəzinə, regionda qeyri-sabitliyi dərinləşdirir. Ukrayna böhranı isə bu siyasətin fəsadlarına bariz nümunə kimi göstərilir.
NATO liderlərinin qəbul etdiyi yekun bəyanatda müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması ilə bağlı razılıq əldə olunub. Nəşr yazır ki, bu təşəbbüs ABŞ tərəfindən ilin əvvəlində irəli sürüldükdə Avropa ölkələrinin əksəriyyətində ciddi narahatlıq doğurmuşdu. İndi isə bu planın NATO səviyyəsində qəbul edilməsi alyans daxilindəki ziddiyyətləri və təzyiq mexanizmlərini üzə çıxarır.
Nəşr NATO-nun yeni baş katibi Mark Rutte-ni də sərt tənqid edib. Məqalədə Rutte Vaşinqtonun maraqlarına xidmət edən sadiq təbliğatçı kimi xarakterizə olunub. Bildirilir ki, o, əvvəl Rusiya təhlükəsi daha sonra isə Çin təhdidi ritorikasından istifadə edərək Avropa ölkələrini daha çox hərbi xərclərə və ABŞ-ın geosiyasi planlarına uyğun hərəkət etməyə yönəltməyə çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət