
Makronun yarıtmaz hakimiyyəti: Fransada xalqla siyasi qüvvələr arasındakı rabitə uçurum həddindədir
12:07 26.12.2024
Dünya
648
Emmanuel Makron müasir Fransa tarixində prezidentlik müddəti başa çatmadan vəzifəsini tərk edən ilk prezident ola bilər. Bu fikri Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov özünün "Telegram" kanalında bildirib. Senatorun sözlərinə görə, ölkə daxilindəki vəziyyət Makron üçün o qədər əlverişsizdir ki, dövlət başçısının vaxtından əvvəl istefaya getmə ehtimalı günbəgün artır. Senator yazıb ki, ölkə daxilində işləri o qədər də yaxşı getməyən Makron, müasir Fransanın prezident postunu vaxtından əvvəl tərk edəcək ilk prezidenti ola bilər. O, həmçinin əlavə edib ki, Fransanın hazırkı baş naziri Fransua Bayru da etibardan və nüfuzdan düşmüş kadrlardan yeni hökumət formalaşdırmaqla məşğul olduğu üçün yaxın zamanda istefa verə bilər.
Qeyd edək ki, Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hökumətin yeni tərkibini "rüsvayçılıq" adlandırıb. Təslim Olmayan Fransa Partiyasının lideri Jan-Lük Melanşon isə müxalifətin Bayrunu gələn ilin fevralında istefaya göndərməyi planlaşdırdığını proqnozlaşdırıb. Xatırladaq ki, dekabr ayının əvvəlində Makron parlamentin etimadsızlıq votumundan sonra əvvəlki hökumətin istefasını qəbul edib. Daha sonra hökumətin yeni tərkibi təsdiq edilib, məlum olub ki, məmurların bir qismi öz vəzifələrində qalıb.
Sözügedən görüşü “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib ki, Fransada doğrudan da çox rəzil siyasi mənzərə formalaşıb:

“Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində Fransada normal hökümət formalaşa bilmir. Nazirlər ya istefa verirlər, ya da etimad səsverməsi qazanmırlar. Hətta vəziyyət o qədər kritik həddə çatdı ki, Fransa Senatında sonuncu dəfə Baş nazir üçün lazım olan yetərli səs sayı formalaşmadı. Bu da ölkənin gələn il üçün olan dövlət büdcəsini hesablanmamış vəziyyətə salmışdı. Yenə burada Makron inzibati müdaxilə üsulundan istifadə etdi. Ümumiyyətlə Fransanın təkcə beynəlxalq münasibətlər sistemində mövqeyləri zəifləmədi, il ərzində ölkədə daxili siyasi gərginlik ən yüksək həddə çatıb və sosial dayanıqlılıq yoxdur. Fransada xalqla siyasi qüvvələr arasındakı rabitə uçurum həddindədir. Fransanın belə ictimai rəzil vəziyyətinə görə əsas günahkar Makronun yarıtmaz hakimiyyətidir. Makron əlində olan bütün vasitələrdən istifadə edərək ictimai rəyi qulaqardına vurmağa çalışır. İstənilən halda baş verən bütün hadisələr göstərir ki, Fransanın dünyadakı siyasi mövqeyləri zəifləməklə yanaşı öz vətəndaşları qarşısında da nüfuzu aşağı düşüb. Demokratiyadan dəm vuran Emmanuel Makron hazırda xalqın etirazlarını nəzərə alıb istefa vermək əvəzinə zorla inzibati üsullara əl ataraq hakimiyyətdə qalmağa səy göstərir. Ancaq bütün obyektiv təhlillər göstərir ki, Fransadakı hökümətin siyasi imkanları tükənib və 2025-ci ildə fransız cəmiyyəti Emmanuel Makronun hakimiyyətdən getməsi üçün daha kəskin addımlar ata bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya