Müharibənin sonu görünmür
Yusif Nəzərli
09:32 27.04.2023
Dünya
565
Ukraynanın əks-hücuma başlamaqda çətinlikləri var
NATO silah tədarükünü genişləndirir, ancaq səhifələr vərəqləndikcə ortaya dəstəyin xarakteri və ölçüləri barədə suallar çıxır
“NATO-nun Ukraynaya dəstəyinin xarakteri və miqyası perspektiv üçün bir sualı aktual edir. Görəsən, rəsmi Kiyev Rusiya işğalına qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayacaqmı?". Bunu siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, bu, Qərb gələcəkdə Ukraynanın suverenliyi naminə nələri qurban verəcəyindən və qlobal rəqabətdəki dəyişkənliklərdən asılı vəziyyətdə qalmaqdadır: "Hərçənd, Qərb qlobal sisteminin gələcəyinin Ukraynada sınaqdan keçirildiyi qənaətindədir. Buna görə də NATO genişlənmə siyasətinin uğurlu yekununu istəyirsə, Ukraynaya hərbi dəstək vermək məcburiyyətindədir. Lakin görünür ki, bu ehtiyaclardan da üstün dayanan narahatlıqlar mövcuddur.
Məsələ təkcə Rusiyanın nüvə silahı istifadə etmək ehtimalları ilə əlaqəli deyil. Həm də qlobal nüfuz dairəsi mənasında Qərbin maraqlarına hansı strateji zərbələrin vurulacağı ssenariləri ilə bağlıdır. NATO Ukraynaya nəzərəçarpacaq dəstək göstərir və Finlandiyanı öz ailəsinin üzvü edib. İsveç də Alyansa üzvlük üçün növbəsini gözləyir. Lakin bu “partlayış”lara baxmayaraq, hələ də NATO-da Ukraynaya davamlı dəstəklə bağlı qarışıq düşüncələr mövcuddur. Ən azından, effektiv əks-hücum əməliyyatları üçün lazım olan döyüş təyyarələri və uzaqmənzilli raketlər Ukrayna ordusunun arsenalına təqdim edilmir. Xüsusilə Rusiya ilə Çinin, Rusiya ilə İranın Ukraynadakı müharibə səbəbi ilə Qərbə qarşı eyni müqavimət oxunda birləşməsi NATO-nu ehtiyatlı davranışlara sövq edir.
Qərbdə narahatlıqları artıran səbəblər sırasında Rusiyanın Ukraynada işğal etdiyi əraziləri öz əlində saxlamaq üçün nüvə silahından istifadə etmək ehtimalıdır. Bu, Qərbin Ukraynaya böyük qələbə bəxş etməsində yaranan əngəllərdən biridir. Rusiya özü də nüvə silahından çəkinir. Çünki Kremldə NATO-nun mümkün antinüvə tədbirləri barədə fikirlər mövcuddur".
A.Kərimovun sözlərinə görə, ümumilikdə nüvə silahı amili və Qərbin qlobal panoramda böyük strateji boşluqlarla qarşılaşma riskləri Ukraynaya qələbə vəd etmir:
"Ukraynanın əks-hücum əməliyyatlarına hazırlaşması, müharibənin mümkün növbəti raunduna uyğunlaşmaq əsas oyunçuların daha geniş hərbi, siyasi, diplomatik mənzərəni necə oxumasından asılı olacaq. NATO bunun bəzi sətirlərini oxuyur, Ukraynaya silah tədarükünü genişləndirir. Ancaq səhifələr vərəqləndikcə ortaya dəstəyin xarakteri və ölçüləri barədə suallar çıxır. Ukraynanın özü əks-hücum əməliyyatlarına nəzəri olaraq hazırdır. Lakin canlı qüvvə və silah çatışmazlığı rəsmi Kiyevin ritorikasının praktiki göstəricilərini sual altına alır.
Bu sualların sayını artıran məqamlardan biri də ABŞ-də Ukrayna ilə bağlı məxfi sənədlərin sızmasıdır. “Sızma əməliyyatları” ABŞ daxilində Ukraynaya dəstəklə bağlı ikitirəliyin yarandığına işarə verir ki, bu da Ukraynanın mənəvi ruhuna zərbə vurur. Kreml də bundan istifadə edir, ABŞ-nin Rusiyanın planlaşdırma, komandanlıq və nəzarət strukturuna nə qədər dərindən və hansı vasitələrlə baxdığını öyrənib təhlil edir. Bu, Rusiyanın ABŞ-nin Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməsinə qarşı əks-həmlə qabiliyyətini artıra bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol