NATO hava qüvvələri Rusiya təyyarələrinə nəzarəti gücləndirdi
Yusif Nəzərli
15:51 30.06.2025
Dünya
447
Zoknyai aviabazasında rotasiya əsasında yerləşdirilən NATO qırıcı təyyarələri 2025-ci ilin iyun ayı ərzində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri Baltikyanı ölkələrin hava sərhədləri yaxınlığında ümumilikdə 21 dəfə müşayiət edib.
Teleqraf xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Nazirliyin məlumatında bildirilir ki, NATO təyyarələri bu məqsədlə iyunun 1-də iki dəfə havaya qalxıb, ay ərzində isə ümumilikdə 3, 6, 7 və 3 dəfə müşayiət uçuşları həyata keçirilib.
Hazırda Zoknyai aviabazasında Polşa və Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus səkkiz "F-16" təyyarəsi xidmət aparır. Bu kontingent rotasiya əsasında martın 31-dən Litvada yerləşdirilib.
Litva Müdafiə Nazirliyi vurğulayıb ki, bu müşayiət uçuşları hava məkanına nəzarət çərçivəsində müntəzəm tədbirlərdir. 2025-ci ilin mart ayında NATO qırıcıları belə uçuşları 12 dəfə, apreldə 5 dəfə, may ayında isə 22 dəfə həyata keçirib.
Rusiya tərəfi isə bu məsələyə münasibət bildirərək qeyd edib ki, Kalininqrad vilayətinə və oradan həyata keçirilən uçuşlar beynəlxalq hava məkanından istifadə qaydalarına tam uyğun şəkildə, neytral sular üzərində aparılır.
Qeyd edək ki, Baltikyanı ölkələrin öz hərbi hava qüvvələri olmadığı üçün onların hava məkanına nəzarəti 2004-cü ildən etibarən NATO müttəfiqləri tərəfindən həyata keçirilir. Bu məqsədlə Alyans qırıcıları Litvanın Zoknyai aviabazasında rotasiya əsasında yerləşdirilir. 2014-cü ildən isə missiyanın bir hissəsi Estoniyanın Əmari aviabazasından da icra olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol