“NATO ölkələri vəd etdiyi texnikanın 98%-ni Ukraynaya verib”
Yusif Nəzərli
04:36 28.04.2023
Dünya
653
“NATO ölkələri vəd etdiyi zirehli texnikanın demək olar ki, hamısını Ukraynaya təhvil verib. Söhbət 2 minə yaxın hərbi texnikadan gedir”.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq aprelin 27-də keçirdiyi brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna ərazilərini Rusiya işğalından azad etmək üçün hərbi potensiala malikdir. Baş katib vurğulayıb ki, alyans demək olar, bütün vəd edilən texnikanı təhvil verib.
“Müttəfiqlər və NATO tərəfdaşları Ukraynaya misligörünməmiş dəstək göstəriblər. Ukraynaya vəd edilən döyüş maşınlarının 98%-dən çoxu artıq çatdırılıb”, - deyə Stoltenberq qeyd edib.
NATO Baş katibi əlavə edib ki, söhbət 1500-dən çox zirehli texnika, 230 tank və digər texnika, o cümlədən külli miqdarda sursatdan gedir.
O vurğulayıb ki, alyans Ukrayna ərazilərini azad edəcək Ukrayna Silahlı Qüvvələrinin 9 briqadasını silahlandırıb.
Mənbə: RBC-Ukrayna
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət