Netanyahu Beyruta hücum əmri verdi

İsrailin Baş naziri Benjamin Netanyahu orduya Livanın paytaxtı Beyrut şəhərinin cənubundakı Dahiye bölgəsinə hava zərbələri endirməyi tapşırıb.

Sherg.az xəbər verir ki, Netanyahu əməliyyatların genişləndiriləcəyini bildirərək, “Şəhərətrafı əraziləri bombalayacağıq” deyib. Məlumata görə, təhdiddən qısa müddət sonra Beyrutun cənub ətraflarında İsrailin hava hücumları başlayıb.

Livan Prezidenti Joseph Aoun isə İsrail hücumlarını pisləyərək ölkənin çətin dövrdən keçdiyini bildirib.