Pistoriusun gözlənilməz Kiyev səfəri: Almaniya öz rolunu daha da artırmağa çalışır
12:18 12.06.2025
Dünya
399
Almaniyanın müdafiə naziri Boris Pistorius iyunun 12-də səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib.
Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Onun səfərinin əvvəlcədən elan olunmadığı qeyd olunub.
Nazir səfər zamanı vəziyyətlə tanış olmağı və Ukrayna rəhbərliyi ilə yeni hərbi yardımın göstərilməsini müzakirə etməyi planlaşdırır.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Almaniyanın müdafiə naziri Boris Pistoriusun Kiyevə səfəri Almaniyanın yeni administrasiyasının Ukraynaya kəsilməz dəstəyi davam etdirmək öhdəliyini nümayiş etdirir:
“Almaniya hökuməti müharibə başlayandan bəri Kiyevə bir çox sahələrdə yardım göstərməyə davam edir. Bundan əlavə, Ukrayna və Almaniya 2024-cü il fevralın 16-da təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş də imzalayıblar ki, bu da Berlinin bundan sonra da Kiyevin yanında olacağı anlamına gəlir.
Boris Pistoriusun səfəri bir daha onu göstərir ki, Almaniya öz yardımını Ukraynanın ehtiyaclarına uyğunlaşdırır. Məsələn, Ukraynaya hava hücumundan müdafiə və digər sahələrlə bağlı zəruri dəstək verir. Almaniya bundan əlavə, Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük hərbi yardım edən ölkə rolundadır. ABŞ-ın Kiyevə hərbi yardımla bağlı qeyri-müəyyənliyi fonunda Almaniya öz rolunu daha da artırmağa çalışır, Ukraynaya sadiq müttəfiqinin olmasını göstərir. Bundan əlavə, bu yardımlara Almaniya öz maraqlarını da gizlətmir. Belə ki, edilən milyard avroluq yardımlar və siyasi dəstək fonunda Rusiyanın son tələbləri, Ukraynanın ərazi güzəştləri, onun gələcəkdə NATO-nun bir hissəsi olmaması, Almaniyanın da maraqlarına cavab vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya