
Politoloq: Tramp-Putin arasında telefon diplomatiyası fiaskoya uğradı
Yusif Nəzərli
12:19 05.07.2025
Dünya
455
Ukraynaya silah tədarükü artacaq
ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında növbəti telefon danışığı oldu. Telefon danışığı təxminən bir saat çəkib. Donald Tramp növbəti dəfə Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini qaldırıb. Putin Trampla söhbətində Moskvanın Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu qeyd edib. Eyni zamanda Rusiya lideri vurğulayıb ki, Moskva böhranın əsas səbəblərini aradan qaldırmağa çalışacaq və məqsədlərindən geri çəkilməyəcək. Tramp danışıq sonrası deyib ki, Putinin Ukraynadakı müharibəni bitirmək niyyətində olduğunu düşünmür və bu, çox pisdir. Rusiya və ABŞ liderləri şəxsi görüşün mümkünlüyünü müzakirə etməyiblər.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Tramp-Putin arasında telefon diplomatiyası fiaskoya uğradı. Ekspert bildirib ki, telefon danışığında növbəti dəfə Ukrayna ilə bağlı razılıq əldə edilmədi:

"Halbuki, ABŞ prezidenti Rusiya ilə razılığa gəlmək və vasitəçi olmağa çalışırdı. Tramp Putinə zəng etməzdən iki gün əvvəl Ukraynaya hərbi yardımları dayandırdığını elan etmişdi. Bununla Tramp Putini atəşkəsə razı salacağına ümid edirdi. Amma Rusiya prezidenti öz mövqeyində qalaraq, ümumi sözlərlə Trampı "yola vermiş" oldu. Telefon danışığında Putin Trampın atəşkəs şərti ilə razılaşsaydı, Ukraynaya silah tədarükü qadağası qüvvədə qalacaqdı. Putin Ukraynada "ilkin məqsədlərinə" nail olanadək hərbi əməliyyatları davam etdirəcəyini Trampın diqqətinə çatdırıb. Putinin məqsədi Ukraynanı tam nəzarətə altına almaq, burada yeni hakimiyyət formalaşdırmaq və NATO-nu Şərqi Avropadan çıxarmaqdır. Rusiya Moldova və Şərqi Avropanı da nəzarətinə almağı hədəfləyir".
Analitik deyib ki, Tramp Putinlə telefon danışığından razı qalmadığını və Ukraynaya hərbi yardımları dayandırmadığını elan etdi:
"Hətta hərbi yardımları artıracağını vurğuladı. ABŞ və Avropa dövlətlərinin Ukraynaya silah tədarükünü artırması gözlənilir. Tramp ilin sonunadək Ukrayna ilə bağlı müəyyən irəliləyişə nail olmağı hədəfləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət