ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, qərar Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığından sonra qəbul olunub.
Uşakov bildirib ki, İran məsələsi ilə məşğul olan Uitkoff və Kuşner Moskvada bir sıra görüşlər keçirəcəklər. Səfərin dəqiq tarixi və gündəliyi hələ açıqlanmayıb.