Putinin varisləri açıqlandı - Yeddi nəfərlik siyahıda bir qadın da var
11:31 30.06.2025
Dünya
407
Siyasi elita pərdə arxasında Rusiya Prezidenti Vladimir Putinin varisi postuna mümkün namizədlərin siyahısı müzakirə olunur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, Kremldən ictimai siqnalların olmamasına baxmayaraq, Rusiya elitasında gələcək mövzuya maraq qalmaqdadır.
Mənbələrə görə, Rusiya prezidenti vəzifəsinin potensial varislərinin siyahısına aşağıdakılar daxildir:
- Baş nazir Mixail Mişustin
- Baş nazirin birinci müavini Denis Manturov
- Baş prokuror İqor Krasnov
Mümkün varislər arasında “şahzadə” adlandırılan şəxslərin adları da çəkilir:
Dmitri Patruşev (Nikolay Patruşevin oğlu), Boris Kovalçuk (Yuri Kovalçukun oğlu) və Anna Tsivileva (Putinin qardaşı qızı).
Həmçinin Aleksey Dyumin, Yekaterina Tixonova və Dmitri Medvedev daim gəzən söz-söhbətlərə baxmayaraq, qısa siyahıya daxil edilməyib.
Mənbənin sözlərinə görə, elitanın müəyyən hissəsi onun nüfuzunu və idarəçilik təcrübəsini nəzərə alaraq, Sergey Kiriyenkonu Putinin potensial əvəzləyicisi hesab edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol