
Qərb epoxasında yeni güc oxu: Avropa nəhəngləri təhlükəsizlik əməkdaşlığını gücləndirir
09:01 02.07.2025
Dünya
444
Böyük Britaniya və Almaniya xarici təhdidlər zamanı qarşılıqlı yardım haqqında irimiqyaslı saziş imzalamağa hazırdır.
Bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, 18 raund danışıqların nəticəsi olaraq hazırlanmış saziş layihəsinin mətni başa çatmağa yaxındır. Sənədin iyulun 17-də imzalanması gözlənilir.
Sazişin əsas bəndlərindən biri ötən ilin oktyabrında Britaniyanın paytaxtında imzalanmış bu sahədə ikitərəfli “Üçlük Evi” sazişinə uyğun olaraq müdafiə tərəfdaşlığına aiddir. Orada bildirilir ki, bir ölkə üçün hər hansı strateji təhlükə digəri üçün təhlükə sayılacaq.
Politoloq Taleh Əliyev Sherg.az-a deyib ki, Böyük Britaniya və Almaniya bu gün Avropa İttifaqının, NATO-nun, o cümlədən "Böyük Yeddiliyin" içərisində yer alan aparıcı dövlətlərdəndir:

"Demək olar ki, hər iki ölkənin hazırkı təhlükəsizlik baxışları, dünya siyasətinə münasibətdə mövqelərində yaxınlıq üstünlük təşkil edir. Getdikcə gərginləşən, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sisteminin tamamilə sıradan çıxması, xüsusilə Rusiyanın Ukraynanın ərazilərini işğalı fonunda Avropa üçün təhlükəsizlik məsələsi ciddi önəm daşıyır. Bu baxımdan sözügedən saziş Avropa ölkələri, bütövlükdə kollektiv Qərbin gələcək təhdidlərdən və risklərdən qorunması üçün mühümdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region