Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Teleqraf xəbər verir ki, Asiya-Sakit Okean regionundan ayrılan yerə Qırğızıstan və Filippin namizədliyini irəli sürmüşdü. Bişkek 142 səs, Manila isə 49 səs toplayıb.
BMT Baş Assambleyası 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasına 5 yeni qeyri-daimi üzv seçib. Avstriya, Portuqaliya, Zimbabve, Trinidad və Tobaqo ilə yanaşı Qırğızıstan da Şuraya daxil olub.