Rəcəb Tayyib Ərdoğan İrəvana dəvət edildi
Yusif Nəzərli
08:19 21.06.2025
Dünya
360
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana səfərə dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı İstanbulda erməni icması ilə görüşündə məlumat verib.
“Türkiyə ilə münasibətlərin normallaşması zamanın tələbidir və bizdən ardıcıl olmağı, fəal işi davam etdirməyi, fəal dialoq aparmağı, bir-birimizi dinləməyi və öz mövqelərimizi ən əlçatan formada təqdim etməyə çalışmağı tələb edir. Əminəm ki, bu əməkdaşlığın nəticələri olacaq. Təkcə bu məntiqlə deyil, əvvəlki təcrübəmizdən müəyyən nəticələr çıxarmalıyıq. Bu səfərdən də böyük gözləntilərə malik olmamalıyıq”, - o qeyd edib.
Paşinyan Türkiyə Prezidentinə ölkəsinə dəvətə görə təşəkkür edib:
“Mən də onu Avropa Siyasi Birliyinin gələn ilin yazında İrəvanda keçiriləcək sammitində iştirak etmək üçün Ermənistana dəvət edirəm. Ümid edirəm ki, növbəti görüşümüz gələn il Ermənistanda baş tutacaq”.
Baş nazir hazırda İstanbuldan İrəvana aviareysin olduğunu xatırladaraq, quru sərhədinin də açılacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə