Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki...
12:11 19.06.2025
Dünya
449
Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə telefonda danışıb. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, söhbət mehriban və konstruktiv keçib. Kreml rəsmisi qeyd edib ki, Putin və Cinpinlə Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər. Rusiya və Çin İsrailin beynəlxalq hüququ və BMT Nizamnaməsini pozan hərəkətlərini kəskin şəkildə pisləyiblər. Pekin və Moskva vəziyyətin güc yolu ilə həllinin mümkün olmadığını hesab edir. Putin və Cinpin yaxın günlərdə təmasların və fikir mübadiləsinin aparılması üçün iki ölkənin qurum və xidmətlərinə tapşırıqlar verəcəkləri barədə razılığa gəliblər.
Uşakov qeyd edib ki, Putin və Çibpin 31 avqust - 1 sentyabr tarixlərində Tianjində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində görüşəcəklər. "Onlar
sentyabrın 2-dək itərəfli danışıqlar aparacaq. Putin və Cinpin həmçinin militarist Yaponiya üzərində Qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş bayram tədbirlərində də iştirak edəcəklər. Bu, sentyabrın 3-ü Pekində olacaq".
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Rusiya və Çin liderlərinin Yaxın Şərqdə baş verən hadisələri müzakirə etməsi, İsrail-İran qarşıdurmasının bu iki nəhəng dövlətlərin strateji maraqlarına ciddi zərbə vurması ilə bağlıdır:
“Bu səbəbdən də Rusiya və Çin liderləri İran ətrafında baş verən proseslərə olduqca həssas yanaşırlar. Çin müharibənin başlanmasını qəti şəkildə pisləyir, eyni zamanda Rusiya da İsrailə qarşı sərt bəyanatlar verir. Bu mənada Yaxın Şərq məsələsində Çin və Rusiyanın həm maraqları, həm də mövqeləri bir-birini tamamlayır. Ancaq bu məsələ Rusiya və Çin üçün bir qədər çətin və mürəkkəbdir. Hər iki dövlət İsraili tənqid etsə də, İranı açıq şəkildə müdafiə etməyə də tələsmirlər. Çinin hər nə qədər İrana silah və sursat göndərdiyi iddia olunsa da, birbaşa dəstək verməkdən yayınmağa çalışır. Çünki rəsmi Pekin ABŞ ilə silahlı toqquşma riskini artıracaq bir münaqişəyə cəlb olunmaq istəmir. Eyni vəziyyət Rusiya üçün də keçərlidir. Baxmayaraq ki, İran Rusiyanın ən yaxın strateji tərəfdaşlarından biridir, Moskva ona açıq hərbi dəstək göstərməkdə ehtiyatlı davranır. Rusiya bir tərəfdən Ukrayna müharibəsində çətin vəziyyətdədir, digər tərəfdən isə Qərbin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatı ciddi şəkildə zəifləyib. Belə bir şəraitdə Rusiyanın İrana birbaşa dəstək verməsi real və mümkün görünmür. Burada maraqlı və eyni zamanda paradoksal məqam isə ondan ibarətdir ki, Rusiya BMT Nizamnaməsindən və beynəlxalq hüququn pozulmasından danışır. Halbuki Rusiya bu haqda danışmaq səlahiyyətinə malik olmayan bir dövlətdir. Çünki Ukraynaya qarşı işğalçılıq siyasəti aparan, BMT Nizamnaməsini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bir dövlətdən söhbət gedir. Belə bir vəziyyətdə, özü ağır hərbi cinayətlər törədən bir ölkənin başqa bir dövləti eyni əməllərdə ittiham etməsi həm məntiqsiz, həm də riyakarlıq kimi qiymətləndirilə bilər. Buna görə də Rusiya ilk növbədə Ukraynanın ərazi bütövlüyünü tanımalı və işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmalıdır. Yalnız bundan sonra Rusiya dünya ictimaiyyətinə sübut edə bilər ki, BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına hörmət edir. Əks halda, Rusiya özü bu hüquqları pozan bir dövlət kimi, başqalarına irad bildirmək haqqını itirmiş olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya