
Rusiya açıq şəkildə meydan oxuyur: Üçüncü İstanbul görüşündən müsbət nəticə gözləməəməliyik
08:26 08.07.2025
Dünya
403
Ankara Ukrayna üzrə danışıqların İstanbulda keçirilməsi planlaşdırılan üçüncü raundunun tarixi ilə bağlı Kiyev tərəfinin cavabını gözləyir.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən BRICS sammitindən sonra "TRT HABER"ə telekanalına açıqlamasında deyib.
“Rusiya danışıqların üçüncü raunduna hazır olduğunu bildirib. İndi isə biz Ukrayna tərəfinin cavabını gözləyirik”, – nazir vurğulayıb.
Fidan əlavə edib ki, Türkiyə Ukrayna münaqişəsinin həlli üzrə liderlərin görüşünü keçirməyə də tam hazırdır: “Türkiyədə liderlərin görüşünün təşkili ilə bağlı heç bir problem yoxdur".
Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilən Rusiya-Ukrayna görüşləri uğursuzluqla nəticələnib:

"Bunun əsas səbəbkarı isə məhz Rusiyadır. Çünki Kreml, demək olar ki, həyata keçirilməsi mümkün olmayan tələblər irəli sürür. Həmçinin Rusiya Ukraynanın ərazilərini öz sərhədləri daxilinə qatmaq niyyətindədir. Həmçinin Rusiyanın məqsədi Ukraynanın ərazi bütövlüyünə edilmiş təcavüzü beynəlxalq aləmdə leqallaşdırmaq və tanıtmaqdır. Ukrayna isə bu tələblərlə razılaşmır. Eyni zamanda, Qərb dövlətlərinin əksəriyyəti, xüsusilə də siyasi dairələr, Rusiyanın bu şərtlərinə qarşı çıxır və onları qəbul etmir. İndi üçüncü İstanbul görüşündən də hansısa müsbət nəticə gözləmək real deyil. Xüsusilə də Trump-Putin telefon danışığından sonra yaranmış vəziyyət vəziyyətin nə qədər böhranlı olduğunu göstərir. Çünki həmin telefon danışığından dərhal sonra Rusiya Ukraynanın iri şəhərlərini raket atəşinə tutdu. Bu isə ABŞ-a açıq şəkildə meydan oxuma kimi dəyərləndirilə bilər".
Politoloq qeyd edib ki, ABŞ prezidenti Donald Trump Rusiyanın bu davranışlarından narazı və narahat olduğunu açıq mətnlə bildirib:
"Bu isə onu göstərir ki, Trump və Putin arasında baş tutan telefon danışığında tərəflər heç bir məsələdə ortaq mövqeyə gələ bilməyiblər. Əgər vəziyyət bu cürdürsə, üçüncü İstanbul görüşündə də Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların nəticəsiz qalması tamamilə real ehtimaldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət