Rusiya "müdafiəyə"çəkilib: Moskva anlayır ki, Ukrayna bundan sonra da boş durmayacaq
12:01 10.06.2025
Dünya
411
Ukraynanın iyunun 1-də Rusiya aerodromlarına hücumundan və çoxsaylı bombardmançı təyyarələrin məhv edilməsindən sonra Kiyev Moskvanın müvafiq addımlarına hazırlaşır. Amma Rusiyanın bunu edib-etməyəcəyinə dair suallar var.
Bu barədə CNN-nin analitik materialında deyilir.
Amerikalı analitiklərin fikrincə, Rusiyanın cavab addımlarını məhdudlaşdıran bir neçə amil var, bunlardan birincisi siyasidir.
“Hörümçək toru” əməliyyatına genişmiqyaslı cavabın verilməsi Ukraynanın Rusiyaya ciddi zərbə vurduğunu etiraf etməyə bərabər olardı. Kreml bundan qaçır”, - ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun Rusiya üzrə eksperti Katerina Stepanenko deyib.
CNN əlavə edir ki, Rusiya lideri Vladimir Putin də maddi məhdudiyyətlərlə üzləşib.
“Rusiyanın öz hərbi gücündən müharibədə davamlı istifadə etməsi, onun cavab imkanlarını məhdudlaşdırır”, - NATO-nun keçmiş zabiti Uilyam Alberk bildirib.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi “Hörümçək toru” adlı əməliyyat nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda - Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Rusiya müharibə başladığı dövrdən bu yana Ukraynayanın müxtəlif şəhərlərinə kütləvi dron və raket zərbələri endirərək ciddi ziyan vurub:
"Uzun müddətdir davam edən müharibədə Ukraynanın iyunun 1-də Rusiya aerodromlarına hücumundan sonra Moskva qisas almaq barədə düşünməkdən çox rəqibin yeni hücümlarını aradan qaldırmağa, baş verə biləcək bənzər halların qarşısını almağa, həmçinin döyüş meydanında uğurlar qazanaraq gələcək danışıqlarda əlini gücləndirməyə çalışır.
Buna baxmayaraq, rəsmi Kreml Ukraynanı daha da zəiflətmək üçün Kiyevin dərinliklərindəki əsas istehsal və qərar qəbuletmə mərkəzlərini məhv etməyə səy göstərəcək. Rusiya onsuz da indiyədək Ukraynaya sarsıdıcı zərbələr endirərək, şəhərlərini və infrastrukturunun bombalayıb".
Şərhçi əlavə edib ki, Rusiya artıq bu cür hücumlarla Ukraynanı diz çökdürə bilməyəcəyinin fərqindədir:
"Ona görə də Rusiya tərəfi çox güman ki, Ukraynanın hərbi obyektlərinə, ölkəyə gətrilən zəruri yardımlara, eyni zamanda, aerodromuna zərbə endirməyi daha məqsədəuyğun hesab edir. Çünki Moskva anlayır ki, Ukrayna bundan sonra da boş durmayacaq, Rusiyaya qarşı yeni əməliyyatlar hazırlacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya