
Rusiya və Ukraynanın agentura şəbəkələri qarşılıqlı diversiya hadisələrindən istifadə edirlər -ŞƏRH
11:26 26.12.2024
Dünya
468
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Moskvada Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşlarına və onların ailə üzvlərinə qarşı sui-qəsd cəhdlərinin qarşısını alıblar. Bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzindən bildirilib. Qeyd edilir ki, sui-qəsdlərin hazırlanması ilə Ukraynanın xüsusi xidmət orqanları məşğul olub. Məlumatda əlavə edilib ki, həyata keçirilən tədbirlər nəticəsində göstərilən sui-qəsdlərin hazırlanmasında iştirak edən Rusiya vətəndaşı olan dörd nəfər saxlanılıb. FTX-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının agentləri Moskvada hərbiçilərin qətli üçün poverbank və sənəd qovluğu şəklində maskalanmış bombalardan istifadə etməyi planlaşdırıblar.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, müharibə vəziyyətində olan dövlətlər arasında adətən diversiya hadisələri baş verir:

“Bundan öncə də Rusiya və Ukraynada bu kimi hadisələr görünüb. Təbii ki, hadisə zamanı hər iki tərəf biri-birilərini ittiham ediblər. Müasir texnologiya bu cür diversiya hadisələrinin törədilməsinə imkan verir. Ola bilər ki, hər iki tərəfin əlində müasir diversiya mexanizmləri mövcuddur və istənilən vaxt bundan istifadə etmək imkanlarına malikdirlər. Rusiyanın Ukraynada, Ukraynanın isə Rusiyada kəşfiyyat qrumları ciddi şəkildə işləyirlər və müəyyən agentura şəbəkələri var. Həmin agentura şəbəkələri hər iki ölkənin daxilində situasiyanı qarışdırmaq və cəmiyyətdə xof yaratmaq məqsədiylə qarşılıqlı şəkildə diversiya hadisələrindən istifadə edə bilərlər. Ancaq bunun nə qədər həqiqət olub-olmadığı məlum deyil. Çünki konkret faktlarla hadisədə hansı tərəfin günahkar olduğunu ortaya çıxarmaq lazımdır. Hansısa ittihamlar və ehtimallarla bu məsələdə günahın kimdə olduğunu müəyyən etmək çətindir. Ona görə də Rusiya Federal Təhlükəsizlik Xidmətinin açıqlaması real faktlarla gücləndirilməli və sübuta yetirilməlidir. Eyni zamanda Ukraynanın da Rusiyaya qarşı analoji ittihamı varsa, onu dəlillərlə aşkara çıxartması gərəklidir. İstənilən halda belə hadisələr cinayət sayılır. Çünki söhbət hansısa dövlətin məmurunun ailə üzvlərindən gedir və ailələr savaşın iştirakçıları olmamalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual