
Rusiyanın “qisas əməliyyatı”: Kreml bufer zona planını işə saldı -RƏY
13:13 10.06.2025
Dünya
474
"Ukraynanın Rusiyanın dərinliklərində yerləşən aerodrom və hərbi zavodlara qarşı keçirdiyi son strateji zərbələr – xüsusilə də “Hörümçək toru” əməliyyatına Moskvanım cavabı gecikmədi. Rusiya Ukraynanın müxtəlif bölgələrinə, xüsusilə də Dnepropetrovsk vilayətinə genişmiqyaslı hücumlara başlayıb. Bu hücumlar Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedevin vurğuladığı “qisas əməliyyatı”dır".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, bu hücumlar təkcə hərbi deyil, həm də siyasi və diplomatik xarakter daşıyır:

"Rusiya, bir tərəfdən, danışıqlar masasında üstünlük qazanmağa, digər tərəfdən isə sərhədyanı bölgələrdə “bufer zona” yaradaraq öz təhlükəsizliyini təmin etməyə çalışır. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da bunu etiraf edərək bildirib ki, “Dnepropetrovsk vilayətindəki hərbi əməliyyatlar həm də bufer zona yaradılması məqsədi daşıyır”. Eyni zamanda, o, Rusiya ilə Ukraynanın danışıqları davam etdirməli olduğunu da vurğulayıb. Bu isə Moskvanın özü üçün də ziddiyyətli və qeyri-müəyyən vəziyyətdə olduğunu göstərir. Hazırda Rusiya və Ukrayna arasında əhəmiyyətli bir sülh danışıqları prosesi yoxdur. Hər iki tərəf atəşkəsə ehtiyatla yanaşır. Ukrayna tərəfi qeyri-şərtsiz atəşkəs və danışıqlara razıdır, Rusiya isə paralel olaraq atəşkəslə yanaşı sülh müqaviləsinin imzalanmasını istəyir. Bu situasiya, bir çox ekspertin fikrincə, dondurulmuş münaqişə ssenarisinə doğru gedir. Vəziyyət Qarabağ münaqişəsini xatırladır: Ukrayna ümid edir ki, atəşkəs əldə olunsa, bu zaman ərzində hərbi gücünü artıraraq sonradan öz torpaqlarını işğaldan azad edə bilər. Rusiya isə belə bir riskin mövcudluğunu nəzərə alaraq, yalnız sülh müqaviləsi ilə bu təhlükənin qarşısını almağa çalışır.
Ukrayna işğal olunmuş ərazilər üzərində Rusiyanın suverenliyini tanıyan bir sənədə imza atmaq istəmir. Rusiya isə qeyri-şərtsiz atəşkəsi qəbul etmir, çünki bu, Ukraynaya gələcəkdə torpaqlarını geri almaq üçün imkan yarada bilər".
Siyasi ekspert qeyd edib ki, hazırda Ukrayna xalqının əzmkarlığı, Avropa İttifaqı və NATO ölkələrinin davamlı dəstəyi, ABŞ-da siyasi dəyişikliyin mümkünlüyü (xüsusilə Donald Trampın siyasətə qayıtması ehtimalı) və Rusiyanın iqtisadi-siyasi cəhətdən zəifləməsi Moskvanı danışıqlara getməyə məcbur edib:
"Bununla belə, bu, yalnız xarici deyil, həm də daxili təzyiqlərlə müşayiət olunur. Müharibənin uzanması, sosial və iqtisadi yüklər Rusiyada hakimiyyət üçün də ciddi təhdidlər yaradır. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi:“İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır.” Bu sitat həm Rusiya, həm də Ukrayna üçün aktualdır. Mövcud vəziyyət göstərir ki, münaqişə hələ uzun müddət davam edə bilər – istər diplomatik masada, istərsə də döyüş meydanında".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya