
Savaşın başa çatması ABŞ-nin ixtiyarında deyil: Tramp meydanda tək qala bilər
12:53 26.12.2024
Dünya
476
Biz Tramp komandasından Rusiya ilə dialoqu bərpa etməkdə maraqlı olduqları barədə siqnallar eşidirik. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Moskva Tramp administrasiyası ilə Ukrayna üzrə məsləhətləşmələrə hazırdır və Ağ Evin münaqişənin əsas səbəblərini araşdıracağına ümid edir. Lavrov qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək razılaşmalarda onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm olmalıdır.
Politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki, Amerikanın yeni seçilən prezidenti Donald Tramp müharibələr ilə bağlı fərqli mövqe sərgiləyir:

“Özünü müharibələrin əleyhinə olan tərəf kimi göstərməyə çalışır. Amma nə qədər səmimi olduğunu bilmək olmaz. Çünki bir tərəfdən Ukrayna müharibəsinə qarşı olduğunu bildirsə də, digər tərəfdən İranla savaş edəcəyini söyləyir. Belə davranışlar isə tipik amerikanpərəst yanaşmadır. Donald Trampın fikirləri ictimai rəyi çaşdırmağa hesablanan gedişdir. Məsələ burasındadır ki, Rusiya da özünə məxsus şəkildə Donald Trampın əsil niyyətini öyrənməyə çalışır. Burada iki qütbün qarşıdurmasının əvvəli olsa da, sonu yoxdur. Rusiyanın böyük nüvə arsenalı və Amerikanın dünyanı fəth etmək arzusu olduğca sözügedən problemlər davam edəcək. Tramp əgər sülhpərvər idisə, niyə prezidentliyinin birinci dönəmində İsrailin işğalçı siyasətini dəstəklədi, Yaxın Şərqdə dözülməz vəziyyət yaratdı, Qüdsü İsrailin paytaxtı elan etdi? Donald Tramp sistemli siyasətçi olsaydı, daha səlis və incə manevrlərlə hərəkət edərdi”.
Ekspert vurğulayıb ki, Rusiya ilə müharibənin başa çatması Amerika Birləşmiş Ştatlarının ixtiyarında olan məsələ deyil:
“Sözügedən məsələ ilə bağlı Kremlin özü qərar verməlidir. Çünki bir yandan Kreml özünü müstəqil tərzdə aparır, digər tərəfdən Trampın müharibəni dayandırması ilə bağlı fikirlərini söyləyir. Bu Rusiyanın nüfuzuna nə dərəcədə ucalıq gətirəcək məqamdır? Əgər həqiqətən də əksər ölkələr Rusiya və Ukrayna arasında savaşın davamlı olması istəyirlərsə, bunu edəcəklər. YəniTramp təklikdə qala bilər. Böyük Britaniya başda olmaqla Avropa savaşda Rusiyanın zəifləməsini istəyir. Donald Trampın prezidentlik kürsüsünə əyləşdikdən sonra davranışlarında və bəyanatlarında köklü dəyişiklik görəcəyik. Ona görə də tələsmək lazım deyil. Elə ABŞ-nin hərbi-sənaye kompleksi müharibənin uzanmasında maraqlıdır. Əgər Tramp risq edərək onların niyyətinə qarşı çıxacaqsa, özünə problem yaradacaq və Ukrayna savaşda məğlub olacaq. Zelenskinin sözügedən vəziyyətdən necə çıxacağı sual antındadır. Artıq ölkə daxilində ona böyük nifrət var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual