Sülhdən danışan işğalçı: Medvedevin dedikləri siyasi ironiya təsiri bağışlayır
12:50 21.06.2025
Dünya
443
“İsrail və İran arasında mümkün silahlı münaqişə qlobal miqyasda təhlükə yarada bilər”. Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev açıqlama verib. O bildirib ki, qəribə görünsə də, İsrail-İran qarşıdurmasının Rusiya üçün birbaşa təsiri yoxdur: “Əslində, bütün bu gərginliyin bizim işlərimizə elə də ciddi təsiri yoxdur. ABŞ-da əhalinin əksəriyyəti artıq tükənmək üzrə olan Ukraynanın harada yerləşdiyini belə bilmir. Onlar üçün yad olan bu münaqişəyə pul xərcləməyə heç bir maraq göstərməyən Trampın komandası hazırda ciddi təzyiq altındadır”. Medvedev qeyd edib ki, hazırda ABŞ diqqətini əsasən Yaxın Şərqdə baş verənlərə yönəldib:
“İndi qoy bu işlə məşğul olsunlar. Amma unutmamalıyıq ki, Trampın da dəfələrlə qeyd etdiyi kimi, Yaxın Şərqdəki münaqişənin daha böyük qarşıdurmaya çevrilmə riski kifayət qədər realdır”. Rusiya-Ukrayna müharibəsinə də toxunan Medvedev bildirib ki, əgər Ukrayna “çirkli bomba”dan istifadə edərsə, Rusiya buna taktiki nüvə silahı ilə cavab verəcək: “Bu, son dərəcə təhlükəli bir təxribat olardı və biz ona mütənasib cavab verməliyik. Nə ilə? Taktiki nüvə silahı ilə. Bizdə bu silahlardan yetərincə var”.
Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, Rusiya tərəfinin bu məsələyə dair fikir bildirməsi olduqca gülüncdür:
“Çünki faktiki olaraq Rusiyadan İsrail-İran müharibəsinə dair bəyanatlar səslənir, müharibənin qarşısını almaqla bağlı müxtəlif fikirlər irəli sürülür. Amma ya unudulur, ya da bilərəkdən nəzərdən qaçırılır ki, Rusiya özü faktiki olaraq işğalçı və təcavüzkar bir dövlətdir. O, Ukrayna ərazilərinə hücum edib və bu ölkənin təxminən 20%-ni işğal altında saxlayır. Bu işğal isə hələ də davam edir. Yəni, Rusiya öz apardığı müharibəni haqlı sayıb, digər münaqişələri isə qlobal təhlükə kimi təqdim edirsə, bu, açıq şəkildə siyasi ironiya təsiri bağışlayır. Əgər Rusiya həqiqətən də narahatdırsa və bu proseslərdən kimlərinsə zərər görəcəyini düşünürsə, ilk növbədə özü Ukraynadan geri çəkilməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Medvedevin dilə gətirdiyi “qlobal təhdidlər” məhz Rusiya tərəfindən Ukraynada reallığa çevrilmişdir. Məsələn, hazırda davam edən enerji böhranı, bir müddət əvvəl Türkiyənin vasitəçiliyi ilə qismən həll olunan taxıl böhranı kimi məsələlərin hamısı qlobal miqyasda ciddi problemlər doğurdu. Əgər burada real təhlükə nüvə müharibəsidirsə, bunun Pakistan-Hindistan arasındakı gərginlikdə də baş vermədiyini gördük. Əslində isə Rusiya-Ukrayna müharibəsi bir sıra digər münaqişələrin alovlanmasına səbəb oldu. Məsələn, İran-İsrail gərginliyi, Fələstin problemi, Kosovo və Kəşmir münaqişələrinin hamısı Ukrayna ərazilərinin işğalından sonra daha da dərinləşdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə