
Təhdidlər ölkənin sərhədlərinə gəlib çatıb: İranın taleyinin necə olacağı qeyri-müəyyəndir
13:41 28.12.2024
Dünya
514
ABŞ və İsrail Suriyadan sonra növbənin Yəmən və İrana çatması mesajını verir. Biz Suriyada olanda ölkədə sabitliyin təmin olunmasına kömək edirdik, ancaq indi qarışmırıq.
Bu sözləri İranın müdafiə naziri Əziz Nəsirzadə Silahlı Qüvvələrin silsilə hərbi təlimlərə başlayacağını açıqlayarkən deyib.
Qeyd edək ki, Oran ordusunda təlimlər bu gün başlayıb.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, İran Suriyada gedən proseslərdə oyundankənar vəziyyətdə qalıb:

"Bəşər-Əsəd rejimini dəstəkləyən Rusiya və İran idi. Amma bu rejim devrildikdən sonra BMT və Türkiyə geosiyasi faktor olaraq önə çıxdılar. Xüsusilə də Türkiyə hazırda Suriyada hakim mövqedədir. Eyni zamanda Rusiya da rəsmən Suriyada qalır, hətta BMT və Rusiyanın burada hərbi bazaları var. Amma bölgədə Türkiyə daha üstündür. Sadəcə İran rəsmi olaraq Suriyada yoxdur. Amma ona bağlı olan qruplar var. İran bu qruplar vasitəsilə qeyri-stabil vəziyyət yaratmağa cəhd edə bilər. Digər tərəfdən İranın əvvəlki dönəmlərdə strateji mövqeyi ondan ibarət idi ki, özünə qarşı yönələn təhdidləri proksi qüvvələr vasitəsilə daha uzaqda neytrallaşdırsın. Xüsusilə Livanda, Fələstin ərazilərində İsrailə qarşı müəyyən qrupların fəaliyyətini təşkilatlandırır və maliyyələşdirirdi. Eyni zamanda Suriyada Əsəd hökuməti zamanı Livanla əlaqələr var idi. Amma son proseslər İranın proksi qüvvələri ilə əlaqələrinin böyük ölçüdə kəsilməsinə səbəb oldu. Ona görə də İrana qarşı olan təhdidlər ölkənin sərhədlərinə gəlib çatdı".
Politoloq əlavə edib ki, yanvarın 20-dən sonra ABŞ-da Donald Tramp administrasiyası səlahiyyətə başlayandan sonra İranın taleyinin necə olacağı qeyri-müəyyəndir:
"Böyük ölçüdə təzyiqlərin olacağı gözlənilir. Yəmənə hücumların olması ehtimalı çoxdur. İran hərbi təlimlərə start verməklə mesajı göndərir ki, ona qarşı hər hansı bir təhdid olacağı halda ciddi şəkildə cavab verəcək. Ümumiyyətlə İran üçün vəziyyət qeyri-müəyyən şəkildədir və öz maraqlarına uyğun cərəyan etmir. Bu isə dövlətin yürütdüyü siyasətin nəticəsi olaraq ortaya çıxıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm