Timoçko: Putin miqrantları rusların əvəzinə müharibəyə göndərir
Yusif Nəzərli
10:25 28.06.2025
Dünya
451
“Rusiya diktatoru Vladimir Putin başa düşür ki, ölkəsində ümumi səfərbərliyin elan edilməsi federasiyanın dağılmasına gətirib çıxara bilər”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının rəsmi nümayəndəsi İvan Timoçko deyib.
“Ümumi səfərbərlik elan etmək üçün Putinə presedent lazımdır. O, Rusiya əhalisinə səfərbərlik ehtiyacını əsaslandırmalıdır. Belə bir ssenaridə informasiya və ideoloji paradiqmanı tamamilə dəyişdirməlidirlər. Ancaq bu, rusiyalılara təsir göstərə bilməyəcək”, - o bildirib.
Timoçko əlavə edib ki, Kreml səfərbərlik elan etməmək üçün digər ölkələrdən muzdluları, miqrantları və hərbçiləri döyüşlərə cəlb etməyə çalışır:
“Kreml Rusiya əhalisinin əhval-ruhiyyəsini izləyir, anlayırlar ki, ümumi səfərbərliyin elan edilməsi Rusiyanın dağılmasına səbəb ola bilər. Putin bunu çox gözəl başa düşür və buna görə də rusları başqaları ilə əvəz etməyə çalışır. Buna görə də, Şimali Koreya hərbçiləri, əcnəbi muzdlular, eləcə də Rusiyadakı bütün miqrantları ovlayır. Bunu hərbçilərimizin bu gün əsir götürdüyü şəxslər də göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət