Tramp Boltonu “müharibə tərəfdarı” adlandırıb

ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu “müharibə tərəfdarı” adlandırıb. Tramp bildirib ki, Bolton “danışdığı hər kəslə müharibə etmək istəyirdi” və daim hərbi müdaxilələrin tərəfdarı olub.

Sherg.az xəbər verir ki, Bolton hazırda məxfi məlumatları qanunsuz saxlamaq ittihamı ilə məhkəmə qarşısındadır. Məlumatlara görə, o, ittihamlardan birini qəbul edərək həbsdən yayınmaq və 2,25 milyon dollar cərimə ödəmək barədə razılığa gələ bilər. Yekun qərar iyunun 26-da veriləcək.