Tramp: İsrail ABŞ-İran razılaşması ərəfəsində Beyruta zərbə endirməli deyildi

ABŞ Prezidenti Donald Tamp İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbəni tənqid edib.

Sherg.az xəbər verir ki, Tramp, "Truth Social" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, İsrail ABŞ ilə İran arasında mümkün razılaşmanın əldə olunmasına az qalmış belə bir addım atmamalı idi.

"Bu səhər Beyruta edilən hücum baş verməməli idi. Xüsusilə də ABŞ-ın İranla sülh sazişinə yaxın olduğu bir vaxtda",- deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, İsrailin cavab verdiyini bildirdiyi hücum məhdud xarakter daşıyıb və hadisə nəticəsində xəsarət alan olmayıb.