Polşa Baş naziri Donald Tusk Ukraynada UPA ilə bağlı simvolların “qəhrəmanlaşdırılmasını” tənqid edib və bunun iki ölkə münasibətlərinə zərər verə biləcəyini bildirib.
Sherg.az xəbər verir ki, Tusk əks halda münasibətlərin yalnız iqtisadi maraqlar əsasında davam edəcəyini qeyd edib. Məsələ Polşa ilə Ukrayna arasında Volın hadisələri və tarixi yaddaşla bağlı gərginliyi yenidən gündəmə gətirib.