Yaponiya Tehranın nüvə fəaliyyətini şəffaf şəkildə həyata keçirəcəyi təqdirdə, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın İrana qarşı sanksiyaların ləğv edilməsi təşəbbüsünə qoşulmağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu İtaliyada rəsmi səfərdə olan Yaponiyanın Baş naziri Sanae Takaiçi jurnalistlərə açıqlamasında deyib.
"Dörd ölkənin birgə bəyanatına Yaponiyanın da qoşulması ilə bağlı bizə müraciət daxil olub. Biz bu bəyanata qoşulacağıq", - o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya, Almaniya, İtaliya və Fransa liderləri birgə bəyanat yayaraq, İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayıblar.
Onlar Tehranın öz nüvə proqramını şəffaf idarə edəcəyi təqdirdə, sanksiyaları ləğv etməyə hazır olduqlarını ifadə ediblər.