Zelenski: Ukrayna Avropa ilə öz anti-ballistik sistemini yaratmaq üçün çalışır

Ballistik raketlər Ukrayna ilə müharibədə Rusiyanın son arqumenti olaraq qalır.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan NATO-nun Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı bildirib.

“Ballistik raketləri vurmaq xeyli çətindir, buna görə də Ukrayna hava hücumundan müdafiənin gücləndirilməsi üçün tərəfdaşlardan əlavə dəstək gözləyir”, — Ukrayna dövlət başçısı qeyd edib.

Zelenski əlavə edib ki, Ukrayna Avropa ilə öz anti-ballistik sisteminin yaradılması üzərində çalışır.