
Prezidentin xəbardarlıqları sözdən ibarət deyil: Ermənistanı silahlandıranlar ağıllarını başlarına alsınlar
Yusif Nəzərli
11:35 18.12.2024
Siyasət
590
Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Bu barədə Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Prezident söyləyib ki, biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə həyacan təbili çalaraq qarşı tərəfə hümanistlik göstərir:

“Eyni zamanda bu başda Fransa olmaqla Ermənistanı silahlandıranlara bir mesajdır. Ermənistan və onun havadarları yaxşı bilirlər ki, İlham Əliyevin xəbardarlıqları yalnız sözdən ibarət deyil və onun arxasında mühim əməllər dayanır. Ermənistan həmin xəbardarlıqlara əhəmiyyət vermədiyi üçün bir neçə dəfə ağır zərbələr alıb. Düşünürəm ki, İlham Əliyevin xəbərdarlıqlarına qarşı tərəf əməl etməli və silahlanmaya son qoyulmalıdır. Çünki Ermənistanın raketlər və hücum silahları ilə silahlanması növbəti dəfə təxribata hazırlaşmasının göstəricisidir. Fransa Ermənistanı belə silahlandırmaqla onu proseslərdə qızışdırmağa çalışır. Amma belə davranışlar və hərəkətlər Azərbaycan üçün keçərli deyil. Azərbaycanın hərbi cəhətdən potensialı çox güclüdür. Azərbaycanın güclü ordusu və uzaqgörən dövlət başçısının çağırışlarına Ermənistan diqqətlə yanaşmalıdır. Ermənistanın silahlanmasına beynəlxalq ictimaiyyət də səsini çıxarmalıdır. İlham Əliyevin çağırışı həm də bölgədə sülh və sabitlik çağırışı hesab edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə