
"İt hürər, karvan keçər" - Solovyov kimilər dərin məyusluğa qərq oldular
Yusif Nəzərli
01:57 20.06.2025
Siyasət
374
Azər Niftiyev: "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir"
Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib. Bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlədib, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırıb. Canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” deyib. Qeyd olunub ki, real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə verib: "Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıb və Azərbaycanda adekvat reaksiyalara səbəb olub. Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir. Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik".

Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"ə açıqlamasında deyib ki, Rusiyanın rəsmi dövlət televiziyası - “Rossiya 1” kanalında teleaparıcı Vladimir Solovyov özünü jurnalist olaraq yox, bir təxribatçı kimi aparır. Ekspert bildirib ki, Solovyov illərdir bu şakərindən qurtula bilmir:
"Ermənistanda saxlanılan dostunu - Karapetyanı müdafiə bəhanəsi ilə ölkəmizə qarşı hədyanlar səsləndirir. Qondarma “Artsax” ifadəsini təkrar edərək, Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər tirajlayır. Bu isə beynəlxalq hüquq, eləcə də Azərbaycan-Rusiya münasibətlərinə birbaşa hörmətsizlikdir. Bu həmin Solovyovdur ki, 44 günlük müharibə dövründə də manipulyativ bəyanatlar tirajlayıb ölkəmizin haqlı mövqeyini şübhə altına almaq niyyəti güdürdü. Ancaq "İt hürər, karvan keçər" misalında olduğu kimi, Solovyov kimilər dərin məyusluğa qərq oldular. Ermənistan cəmiyyətinə yenidən müraciət edən və “Artsax"ın taleyi sizi də gözləyir” söyləyən bu "pultla idarə edilən jurnalist" öz tədbirincə "suyu bulandırmağa" çalışır. Kreml, dövlət televiziyası vasitəsilə yayımlanan təxribatçı çağırışlara son qoymalıdır. Şübhəsiz ki, Azərbaycan cəmiyyəti bu şəkildəki davranışlara qarşı etinasız qala bilməz. Ölkənin ərazi bütövlüyü müzakirə mövzusu deyil və ola da bilməz. Bu, təkcə Azərbaycana yox, həm də regionda sülhə qarşı bir təhdiddir. Zaman göstərir ki, tarixi təhrif edənlər unudulur, həqiqətlər isə gec-tez öz yerini tutur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq