- Haalandın ən çox müzakirə olunan vərdişlərindən biri isə yatarkən dodaqlarını xüsusi lentlə bağlamasıdır
2026-cı il FIFA Dünya Çempionatında Norveçi tarixində ilk dəfə 1/4 finala daşıyan Erlinq Haaland təkcə vurduğu qollarla deyil, gündəlik həyat tərzi ilə də diqqət çəkib.
Sherg.az xəbər verir ki, norveçli hücumçu gündə 6 dəfə qidalanaraq təxminən 6 min kalori qəbul edir, mütəmadi olaraq buz vannası və saunadan istifadə edir, yüzlərlə jim və minlərlə qarın hərəkəti yerinə yetirir. Onun ən çox müzakirə olunan vərdişlərindən biri isə yatarkən dodaqlarını xüsusi lentlə bağlamasıdır.
Məlumata görə, Haalandın qida rasionunda toyuq əti, bifşteks, balıq, yumurta, makaron və tərəvəzlərlə yanaşı, müxtəlif sakatat məhsulları, çiy süd və bal da yer alır.
Mütəxəssislər bildirirlər ki, bu cür proqram peşəkar idmançılar üçün xüsusi nəzarət altında faydalı ola bilər. Lakin belə vərdişlərin tibbi məsləhət olmadan təqlid edilməsi bəzi hallarda sağlamlıq üçün risk yarada bilər.
Haalandın məşq, qidalanma və yuxu rejimi idman dünyasında “uğurun elmi formulu, yoxsa ifrat yanaşma?” sualını yenidən gündəmə gətirib.