Fransa Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min avro ayırıb
Yusif Nəzərli
07:59 15.10.2021
Arxiv
560
“Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Müharibənin yaratdığı geosiyasi reallıqlar, Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik formatı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, regionda gedən proseslərə təsir imkanlarının daha da artmasına səbəb olub. Dünyanın aparıcı ölkələri Azərbaycanla əməkdaşlığın nə qədər vacib olduğunu daha düzgün qiymətləndirir. Bu baxımdan Fransanın son dövrdə atdığı addımları keçmişdə baş verən xoşagəlməz halların və anlaşılmazlıqların aradan qaldırılması məqsədi daşıyan xoşniyyətli təşəbbüslər kimi qiymətləndirmək olar”.
“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Vətən müharibəsi günlərində Fransanın nümayiş etdirdiyi qeyri-konstruktiv möqeyinə baxmayaraq, bu gün Fransanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etmək niyyəti məcburi köçkünlərin öz evlərinə qayıtması prosesinin sürətləndirilməsi, regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətli bir təşəbbüsdür. Dünən Fransanın Piyadalar Əleyhinə Minaların Məhv Edilməsi üzrə Milli Komissiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Komissiyanın sədri, baş katibi, XİN-nin nümayəndəsi və Fransa Milli Assambleyasının üzvü daxildir. Səfərin məqsədi Azərbaycanla Fransa arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən tədbirlər planını müvafiq dövlət qurumları ilə müzakirə etməkdir. Bu istiqamətdə ANAMA ilə Anlaşma Memoirandumunun imzalanması gözlənilir. İmzalanacaq memorandum çərçivəsində cari ildə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Fransa Milli Komissiyası tərəfindən 500 000 avro maliyyə yardımı ayrılıb. Nümayəndə heyəti ilə Azərbaycan-Fransa Parlamanetlərarası əlaqələr üzrə işçi qrupun üzvləri arasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri hörmətli Ziyafət Əsgərovun da iştirakı ilə dünən keçirilən görüşdə bir sıra məsələlər müzakirə olundu. Görüş zamanı Komissiyanın Baş Katibi 2022-ci ildən Avropa İttifaqına Fransanın sədrlik edəcəyi dövdə minaların qadağan olunması haqqında Ottava Konvensiyası çərçivəsində minalardan təmizlənmə istiqamətində böyük işlərin görüləcəyini və bu çərçivədə Azərbaycana böyük dəstək göstəriləcəyini xüsusi vurğulamışdır. Fransa eyni zamanda, mina partlayışlarından zərər çəkmiş, sağlamlığını itirmiş insanların reabilitasiyasına da dəstək vermək niyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinin iştirakı ilə biz Fransanın Azərbaycandakı səfiri Zakari Qrosla bu sahədə görüləcək işlərin əsas istiqamətlərini müzakirə etmişik”.
Deputat bildirib ki, həyata keçiriləcək bu layihələr Fransanın işğaldan azad olunmuş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, regiona sabitliyin və sülhün gəlməsinə nə qədər ciddi önəm verdiyini göstərir. Bu həm də Fransanın dostluq jesti kimi qəbul edilə bilər. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycan xalqı və dövləti üçün ən mühüm məsələlərdən biridir. Hesab edirəm ki, bu əməkdaşlıq Azərbaycan-Fransa münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanması üçün çox yaxşı zəmin formalaşdıracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm