Səhiyyə Nazirliyində İsveçin ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTO
Yusif Nəzərli
08:47 16.01.2023
Siyasət
424
Azərbaycan Səhiyyə Nazirliyində İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonla görüş keçirilib.
Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazir Teymur Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayıb:
“Dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır”.
Teymur Musayev Azərbaycanla İsveç arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib.
Onun sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur:
“İsveçdə səhiyyə sahəsi üzrə dünyada ən universal modellərdən biri yaradılıb. Bir çox dövlətlər öz ictimai səhiyyə sistemini yaratmaq üçün ondan nümunə kimi istifadə edirlər. Bundan əlavə, İsveçin “Mölnlycke” şirkəti yüksək keyfiyyətli tibb avadanlıqlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən biridir”.
Teymur Musayev həmçinin qeyd edib ki, Skandinaviya ölkəsinin güclü əczaçılıq sənayesi dünyanın ən yaxşılarından biri hesab olunur.
Sonda Azərbaycan səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Tobias Lorentzson İsveçin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib:
“Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub və bu müddət ərzində İsveç və Azərbaycan dövlətləri arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir”.
İsveçdə əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən səfir ölkəsinin bu sahədə Azərbaycan ilə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə Azərbaycanla İsveç arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, əczaçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda milli səhiyyə müəssisələri tərəfindən təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb.
Həmçinin tərəflər cari ilin yazında Bakıda keçiriləcək “Gen dermatozu olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi. Azərbaycan-İsveç-MDB: epidermoliz büllozası və ixtiozlu xəstələrə hərtərəfli tibbi yardım göstərilməsi sahəsində təcrübə mübadiləsi” adlı dəyirmi masanın təşkili məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm