
Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatlarına hazır deyil - POLİTOLOQ
10:23 06.06.2023
Dünya
658
"Moskva son addım kimi taktiki nüvə silahından istifadə etmək məcburiyyətində də qala bilər"
"Kaxovka su elektrik stansiyasını (SES) Rusiya ordusunun 205-ci motoatıcı briqadası partladıb".
Bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixaylo Podolyak müsahibəsində bildirib.
O qeyd edib ki, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Kaxovka SES-i Rusiya Silahlı Qüvvələrinin 205-ci motoatıcı briqadası partladıb: "İlkin məlumatlara əsasən deyə bilərik ki, partlayışı 205-ci motoatıcı briqada həyata keçirib. Hazırda bütün informasiyalar yoxlanılır”.

Hadisəni dəyərləndirən siyasi-şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, bu hücumu Rusiyanın savaşa tab gətirə bilməməsinin əlamətlərindən biri kimi dəyərləndirmək olar:
"Çünki son məlumatlarda Ukrayna ordusunun əks-hücum əməliyyatlarına başlamasından öncə Kremlin hərbi və siyasi dairələrində ciddi təşviş yaşanır. Digər tərəfdən isə əməliyyatların artıq başladığı iddia olunur. Ancaq əslində bu əməliyyatlar hələ başlamayıb və sadəcə Rusiya qoşunlarına hazırlıq zərbələri endirilir. Həmin zərbələrdən sonra isə Rusiya ordusunun müdafiə qabiliyyətini itirdiyi hiss olunur. Yəni Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatlarına hazır deyil. Bu səbəbdən də Kremlin hərbi-siyasi elitası çalışır ki, mülki-strateji obyektlərə zərbələr endirərək Ukrayna ordusunu əməliyyatlardan imtina etməyə məcbur etsin və ya bunu ləngitsinlər"
Analitikin sözlərinə görə, müşahidələr rəsmi Kiyevin əks-hücum əməliyyatlarından imtina etmək niyyətində olmadığını göstərir:
"Hətta Ukrayna ordusunun hücuma keçməyə tam hazır olduğu barəsində bəyanatlar belə verilir. Böyük ehtimalla bu əməliyyat yaxın günlərdə genişmiqyaslı şəkildə start götürəcək. Digər tərəfdən SES-ə endirilən zərbə, daha bir təhlükəli tendesiyadan xəbər verir. Ehtimal var ki, Rusiya SES-ə hücumla istəyinə nail olmasa, sonrakı mərhələdə Ukraynada olan atom elektrik stansiyalarına da zərbə endirsin. Hətta Moskva son addım kimi taktiki nüvə silahından istifadə etmək məcburiyyətində də qala bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya