Surətin iki böyük günahı var idi - Nemət Pənahlı
11:55 04.08.2023
Siyasət
806
“.... istəsəydi, məni rahatlıqla öldürə bilərdi”
“Moskvanın tapşırığı ilə Heydər Əliyevin üstünə hücum çəkiləndə, mən onu bütün imkanlarımla müdafiə etdim”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlı bir necə gün öncə vəfat edən sabiq baş nazir Surət Hüseynovu niyə müdafiə etdiyindən danışarkən deyib.
O, bildirib ki, Heydər Əliyevlə ilk görüşü 1991-ci ildə olub:
“Bu görüş zamanı Heydər Əliyev bildirdi ki, “deyirlər Nemət Pənahlı mənim adamımdır, axı biz bir-birimizi tanımırıq. Həmçinin o, “necə oldu mənim vəzifə verdiklərim yox, məhz sən məni müdafiə etdin” deyib . Bax, mən həmin kişiyəm. Yəni heç zaman haqsızlığa göz yummamışam. O cümlədən də Surət Hüseynov haqda deyilənlərə göz yummaram. Ümumiyyətlə 93-cü ildə Surətin iki böyük günahı var idi. O bütün dostlarını və varını yığıb, Qarabağı işğaldan azad edib. Apardığı mübarizədə isə elə bir şöhrət zirvəsinə qalxdı ki, bütün siyasətçilər onun hakimiyyəti alacağından qorxdular. Bu səbəblə də ona arxadan zərbə vurdular. Hələ onu rus agenti adlandırıb, haqqında qara piar apararaq, xalqımın ləyaqətli övladını məhv etmək istəyəndə də, öldürüləcəyimi bilə-bilə Gəncəyə gedib buna qarşı çıxdım. İndi qarşı tərəf deyir ki, Surət otuz il xalqa xəyanət edib. Ancaq bu belə deyil. Hakimiyyət gedib onu öldürməyə və adam da özünü müdafiə edib. Ən böyük günahı isə zəruri müdafiə həddini aşmasıdır . Ancaq mən heç vaxt deyə bilmərəm ki, cəbhə hakimiyyətdə qalsaydı hər şey bundan yaxşı olacaqdı. Surət Huseynova ən azı ona görə rəhmət düşür ki, Pənah və İsa kimi faciəvi insanlardan bu xalqı qurtardı. O, Azərbaycan tarixində mühim rol oynamış bir adamdır. O istəsə idi həm məni, həm də Heydər Əliyevi rahatlıqla öldürə bilərdi "
N.Pənahlının sözlərinə görə, Surət Hüseynov onu öldürməyə gedənlərin dərsini verdiyi üçün tənqid edilir:
“Hətta o dövrdə Sürətin qafasını Heydər Əliyevi öldürmək üçün doldurmuşdular. Bunun qarşısını da mən almışam. Əgər Gəncəyə getməsəydim faciə baş verəcəkdi. Yəni bu vəziyyətdə mən Surəti necə təhqir edə bilərəm. Adam öz istəyiylə mənim sözümü eşidib hakimiyyəti Heydər Əliyevə verdi. Çünki o dövrdə dövləti qura biləcək yeganə adam Heydər Əliyev idi. Ümumiyyətlə Sürət nə qədər "vurulsa" da, ətrafındakı kişilər ona sahib çıxdılar. Çünki o və ətrafındaklar yaltaq deyildilər”.
Qeyd edək ki, bir necə gün önçə müaliçə ücün Moskvadan İstanbula yola düşən S. Hüseynovun təyyarədə halı pisləşib .İstanbulda xəstəxanaya catmamış dünyasını dəyişən S.Hüseynovun ölüm səbəbinin tədriçən zəhərlənməsi diaqnozu iddiası ilə bağlı iddialar içtimaiyyətdə müəyyən şübhələr doğurdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya