
Dünya fəlakətlə üz-üzə! - Amerikada "şeytani sistem" - ŞƏRH
12:35 04.08.2023
Dünya
606
"ABŞ-nin sabiq prezidenti Donald Trampın “dərin dövləti yox edəcəyəm” ifadəsi dünyada baş verən böhranı aydınlatmaq üçün yetərlidir".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Ekspert bildirib ki, "2024-cü ildə yenidən prezident seçilsəm dərin dövləti tamamlə yox edəcəyəm” deyən ABŞ-nin eks prezidenti Donald Tramp yenidən məhkəməyə çağırılmaqla Amerikada iki dəfə məhkəməyə çağırılan ilk dövlət başçısı olaraq tarixə düşüb:

"Tramp son illərdə qarşılaşdığı ittihamlar və onunla bağlı aparılan istintaqlarla bağlı danışarkən “Amerikada belə bir şeyin ola biləcəyini heç düşünməmişdim. Törətdiyim yeganə cinayət, xalqımızı yox etməyə çalışanlara qarşı qorxmadan mübarizə aparmaq idi. Məhkəmə seçkiyə müdaxilə edir. Ya dərin dövlət bitəcək, ya da ABŞ” - deyə vurğulayıb. Trampın mübarizə apardığı və “xalqımızı yox etməyə çalışan”- deyə qələmə verdiyi “dərin dövlət”, yəni FED-in dünyanın maliyyə sisteminə yön verən və dünya nizamını məyyənləşdirən sahibləridir. Bu gücü dünyaya bazar, insanlara kölə və istehlakçı kütlə kimi yanaşan soyğun mexanizmini müəyyən qədər anlaya bilməsək, bu gün dünyada baş verənləri, o cümlədən Ukrayna savaşının mahiyyətini dərk edə bilməyəcəyik. Bu, bir çoxlarının “demokratik” və cəlbedici iqtisadiyyat olaraq gördüyü, əslində vəhşi, ilk olaraq Amerika xalqını kölələşdirən, istehlakçı kütlə kimi istifadə edən və bir zombi sürüsü vəziyyətinə salan şeytani sistemin əsl üzüdür".
Analitikin sözlərinə görə, əslində Trampın simasında dünyanın başına gətirilən tragikomediya 2019-cu ilin sentyabrında BMT-nin toplantısından sonra başlandı:
"Tramp “gələcək qlobalçıların olmayacaq, gələcək dövlətlərin olacaq” dedi və 3 ay sonra koronavirus şoku dünyanı bürüdü. Daha sonra Tramp hakimiyyətdən getdi, onunla bərabər müstəqil maliyyə təsisatları qurmaq istəyən dövlətlər pandemiya ilə zindana salındı. Hazırda isə Tramp 4 maddə ilə məhkəmədə ifadə verir. Yəni bu gün dünyada olan böhran ABŞ-nin daxilndəki böhranla eynilik təşkil edir ki, bu da təsadüfi deyil... Dünya hər bir insanın həyatına təsir edəcək daha ciddi və fəlakətli dönəmə qədəm qoyur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya