Ərdoğan və Putin görüşəcək - KODLAR AÇILIR!
13:49 04.08.2023
Siyasət
798
Türkiyə və Rusiya prezidentləri arasında görüş avqustda baş tutacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Hələlik tarix dəqiqləşməyib. Səfər (Putinin Türkiyəyə səfəri) avqust ayı ərzində baş tutacaq”, - Ərdoğan əlavə edib. Liderlərin ikitərəfli münasibətlər, Ukrayna və “Taxıl sazişi” ilə bağlı mövzulara toxunacaqları gözlənilir.
Gözlənilən görüşü şərh edən siyasi şərhçi Rusif Məmmədsoy "Sherg.az"a açıqlamasında bildirib ki, Putinin avqustun sonlarında Türkiyəyə səfəri ötən aydan gözlənilirdi.
"Bir neçə gün öncə Ərdoğan və Putin arasında telefon danışığı olmuşdu. Telefon danışığının məğzi taxılların daşınması ilə bağlı idi. Rusiya - Ukrayna savaşında taxılların daşınmasında ciddi əngəl törədən Şimal qonşumuzu razı salmaq məsələsi prioritet təşkil edirdi. İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin yaşıl işiq yandırması Rusiyada müəyyən qıcıq yaratdı. Dmitri Peskov Türkiyənin NATO üzvü olduğunu başa düşdüklərini açıqladı. Yəni rəsmi Moskva Türkiyənin NATO-nun üzvü olduğunu qəbul edir. Ancaq Rusiya ətrafında çənbərin daralması, həmin ölkələrin NATO üzvü olması birbaşa rəsmi Moskvanın milli və strateji maraqlarına ziddir. Ona görə də D. Peskov hələ bu görüşün təxirə salındığını bildirdi. Anlaşılan odur ki, avqustun 2-də baş tutan telefon danışığında Ərdoğan və Putin arasında müəyyən razılıq əldə olunub. Zənnimcə, səfər zamanı əsas müzakirə mövzularından biri taxılların daşınması və Qarabağ ətrafında baş verən proseslərlə bağlı ortaq məxrəcə gəlinməsi ilə əlaqədar olacaq. Bu gün Qarabağ ətrafında baş verən proseslərdə Türkiyənin rolu daha da artıb. Ərdoğanın açıqlamasında qeyd edib ki, rusların 2025-ci ilin sonuna kimi vaxtı var, bir müddətdən sonra ölkəni tərk etməlidirlər. Əlbəttə, bu məsələ də Rusiyanı narahat edir. Xüsusilə, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Qərbə absurd açıqlamalar da vermişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya