Dollara uduzan rubl, manata nisbətən...
Yusif Nəzərli
11:36 06.08.2023
İqtisadiyyat
811
"Ötən həftə ərzində rubl dollara nisbətən 7 faizə yaxın dəyər itirb. Artıq 1 dollar almaq üçün 95 rubl ödəmək lazımdır".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Rusiya Mərkəzi Bankının cəhdlərinə rəğmən rublu qorumaq çətinləşir:
"2023-cü ildə Rusiya pulu 30 faiz ucuzlaşıb. Son 1 ildə isə rubl 34 faiz dəyərsizləşib. Sanksiyaların Rusiya iqtisadiyyatına real təsirləri hiss edilməkdədir.
Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb".
Parlamentari vurğulayıb ki, dollara uduzan rubl manata nisbətən də dəyər itirir:
"2023-cü ilə Azərbaycan milli valyutasına nisbətən 2,4 qəpik məzənnə ilə başlayan rublu almaq üçün indi 1,8 qəpik ödəmək lazımdır. Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır. Bu baxımdan rublun zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu isə o deməkdir ki, Azərbaycan qeyri-neft ixracat bazarlarının mümkün qədər daha tez diversifikasiyasına çalışmalıdır. Bütövlükdə, Rusiyanın valyuta gəlirlərinin azalması fonunda şimal qonşumuzun iqtisadiyyatındakı çağrışların dərinləşəcəyi gözləniləndir. Rusiyada fəaliyyətini davam etdirən Azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya