Partiyası qeydiyyata alınmayan Fazil Mustafa: "Sənədləri yenidən təqdim edəcəyik"
Yusif Nəzərli
14:32 06.08.2023
Gündəm
397
Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.
Partiya sədri "Sherg.az"a açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq müəyyən nöqsanları düzəltmək üçün bir aylıq müddət verilib:
"Bunun üzərində işləyirik. Qeydiyyatla bağlı müraciətimizin geri qaytarılması bizdə çox təəssüf doğurdu. Fikrimcə, burada yanaşma metodikası daha fərqli olmalı idi. Çünki 8400-dən artıq üzvün bütün reyestr məlumatlarını təqdim etmişdik. Əsas problemlər bizim reallıqda ortaya çıxır ki, ailədə bir nəfərin telefon nömrəsi verilir. Amma onun dördünü də əsassız saymaq nə dərəcədə doğrudur? Bu, maraqlıdır. Bizdə 1100-dən artıq üzvün sənədinin tamamlanmasına ehtiyac var. Qanunvericiliyə uyğun olaraq bu üzvlərin sənədlərinin tamamlanmasına çalışacağıq. Həmin ərəfədə ciddi işləməliyik. Verilən iradları aradan qaldıracağıq və sənədləri yenidən təqdim edəcəyik".
Qeyd edək ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. 27 siyasi partiya üzvlərinin siyahısı Ədliyyə Nazirliyinə təqdim olunub. Nöqsanlar aşkar olunmuş partiyalara çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Hazırda qeydiyyatdan keçən yeganə partiya YAP-dır.
Şahanə Ziyad
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya