
“Onun qəlbi gözəldir” - Fiziki məhdudiyyətli gənc flippinli qızla evləndi
10:00 09.08.2023
Dünya
704
Filippinli qız fiziki əngəlli türk gənci seçdi
Filippinli qız Maris Abraham türk gənci Alihan Şahinlə evlənib. Filippinli qızın fiziki qüsurlu Alihan Şahini seçməsinin səbəbi isə türk gəncin təmiz qəlbidir.
“Sherg.az” CNNTürk-ə istinadən bildirir ki, Alihan Şahin ailəsiylə İngiltərədə yaşayır.
Maris Abrahamla Alihan 5 il əvvəl internet üzərindən tanış olublar. Hər ikisi 27 yaşındadır. Uzun müddət ünsiyyət saxlayan, dostlaşan gənclərin münasibətləri sevgiyə dönüb. Alihan Marislə evlənmək istədiyini bildirib. Atasıyla birlikdə Filippinə səfər edib. Alihanın ailəsi türk adətlərinə uyğun elçilik edib. Razılıq alan ailə toy gününü təyin edib. Toyu Türkiyədə etməyi qərara alıblar. Alihanla Marisin toyu Türkiyənin Aksaray bölgəsi, Ortaköy əyalətində keçirilib. Nikahdan sonra sevinc göz yaşlarını saxlaya bilməyən Maris bunları deyib:

“Məni bu qədər mehriban, gülərüzlə qarşıladığınız üçün hamınıza təşəkkür edirəm. Fərqli adət-ənənəyə, mədəniyyətə malik birisini qəbul etdiyiniz üçün sizə minnətdaram. Ailəmdən, dostlarımdan uzaq bir yerdə olduğuma inanmıram. Kimsə bunu mənə illər əvvəl desəydi, inanmazdım, xəyal qurur, deyərdim. Amma artıq burdayam və burada məni çox sevən, qayğıma qalan daha bir ailəm var. Alihana da, mənə hörmətlə yanaşan hər bir insana da təşəkkür edirəm. Alihanın ailəsi mənimlə öz qızları kimi davranır. Fərqli mədəniyyətlərə aid olsaq da, Alihanla bir-birimizi tamamlayırıq. Alihanın dünyası rəngbərəngdir. Həmişə hamıya xeyir diləyir. Mən də bundan sonra onun yarısı olacağam, yaxşı gündə də, ağır gündə də yanında olacağam”, söyləyən Maris Alihanı məhz gözəl qəlbinə görə sevdiyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət