Ermənilər "Atatürk" filmindən qorxur
09:39 11.08.2023
Dünya
534
“Gücü hər şeyə yetən türk hökuməti"nin iradəsi Amerikada sınağa çəkilir
Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Paşa – Atatürk haqqında çəkilmiş filmin ABŞ film platforması “Disney”də yayımlanmamasına təpki göstərilən qardaş ölkə, özünü əbədi türk düşməni elan etmiş Ermənistan tərəfindən alqışlanıb. Bəli, məhz alqışlanıb!
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Ermənistan mediası “Disney” qərarına sərt təpki göstərən Türkiyə hökumətini “gücü hər şeyə yetən türk hökuməti” adlandırıb. Erməni mediası Ermənistan hökumətini və ictimaiyyəti “Atatürk” filminin yayımlamaması üçün yetərincə fəaliyyət göstərməməkdə, birlik, həmrəylik nümayiş etdirməməkdə suçlayıb. Xatırladaq ki, rəqəmsal yayım platforması olan “Disney Plus” “Atatürk” filmini yayımlamayacağını bəyan etmişdi. Halbuki filmin yayımı ilə bağlı şirkətin Türkiyə təmsilçiliyi ilə rəsmi qaydada müqavilə bağlanb. Yayım platformasını müqavilə şərtlərini pozmaqda ittiham edən Türkiyə tərəfi də buna haqlı etirazını bildirib, türk ictimaiyyəti də məlum qərara sərt təpki göstərib. Türk cəmiyyəti “Disney Plus boykot”, “DisneyPlusiptal et” kimi müxtəlif etiketlərlə platformanı boykot ediblər. Şirkətin öz qərarını hansı istiqamətdə dəyişdirəcəyi bəlli olmasa da, Türkiyə hökuməti və cəmiyyətinin etirazı sözügedən platformanın etibarsızlığını sübut edir. Erməni tərəfini də narahat edən budur; platforma təpkilərə dözməyərək filmi yayımlamaq qərarına gələ bilər. Odur ki, erməni mediası, konkret, mərkəzi ofisi ABŞ-də yerləşən “Armenian Weekly” qəzeti Ermənistan hökumətini lazımi addımlar atmamaqda, erməni ictimaiyyətini də həmrəylik nümayiş etdirməməkdə suçlayır. Erməni mediası “Türkiyə rəsmiləri “Disney Plus”u erməni lobbisinə boyun əyən göstərib”, yazıb və beynəlxalq aləmdə bunun heç də xoş bir hadisə olmadığını vurğulayıb. Həmçinin dünya ermənilərinə çağırış edərək, “Disney”in “Atatürk” filmini Fox TV-yə satmasını əngəlləməyə, həmçinin qondarma erməni soyqırımı, eyni zamanda Qarabağ – öz ifadələri ilə qondarma Artsax haqqında sənədli film çəkilişinin vacib olduğunu xatırladıb. Qəzet “qələbə hələ qazanılmayıb. Hər şeyə gücü yetən Türk hökuməti qarşısında ABŞ erməniləri birlik nümayiş etdirməlidir”, - yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət