Ukraynalı uşaqların Şamaxıya ekskursiyası baş tutub
Yusif Nəzərli
13:10 11.08.2023
Cəmiyyət
743
Ukraynalı uşaqların Şamaxıya ekskursiyası baş tutub.
APA-nın Şirvan bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın Şamaxıya ekskursiyası həyata keçirilib.
Ukraynalı uşaqlar Şamaxıda həm təbiət gözəllikləri ilə tanış olublar, həm də Safari Parka səfər ediblər.
Qonaqlara Şamaxının tarixi, abidələri, zəngin təbiəti, qədimliyi və müasirliyi özündə əks etdirən adət-ənənələri barədə məlumat verilib.
Şamaxıda olduqları müddətdə özlərini rahat, təhlükəsiz, gümrah və xoşbəxt hiss etdiklərini deyən uşaqlar, yaradılan şəraitə görə Azərbaycana təşəkkür ediblər.
Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı, bölgələrə də səfər edərək ölkəmizlə tanış olurlar. Şamaxıdan öncə onlar İsmayıllı, Qəbələ və Şəkiyə ekskursiya ediblər.
Proses uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə həyata keçirilir. Onlar düşərgə müddətində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixososial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər. Düşərgənin növbəti günləri Bakı şəhərində davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət