Bayramqabağı qiymətlər bahalaşacaq-XƏBƏRDARLIQ
Yusif Sultanoğlu
06:30 30.11.2023
İqtisadiyyat
721
“Qiymət artımına qarşı konkret tədbir görmək mümkün deyil. İnzibati metodlar effektsiz xarakter daşıyacaq”
Bayramlar yaxınlaşır, bayramsevər əhalimiz də indidən siyahı tutur. Masaya nə düzəcək; hansı soyuq qəlyanaltılar, ardınca qızartma, qril, isti yeməklər, çərəzlər, şirniyyat, meyvələrin siyahısı tutulur. Bayram yaxşıdır, şənlənmək də hər bir insanın haqqıdır. Amma daha bu qədər yox da. İşbazlar da elə xalqımızın bayram sevgisindən, masaya “quş südü, can dərmanı” düzmək, bir neçə gündən sonra isə boyat yeməkləri zibil yeşiyinə atmaq vərdişindən məharətlə yararlanır. Qiymətlər də elə buna görə qalxır. Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bayramlar ərəfəsində qiymətlərin qalxması hər birimizdə təəssüf doğurur, ancaq bunun da müəyyən səbəbləri var: “Həmin səbəblərdən biri də həmin dövrdə ərzaq məhsullarına olan tələbatın artması və onlardan daha çox istifadə edilməsidir. Bu da bazarda müəyyən qədər qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən, burada müəyyən sahibkarların da rolu var. Onlar süni şəkildə qiymətləri artırmaq istəyirlər. Əslində, bayram vaxtı qiymətlər aşağı düşməlidir. Hesab edirəm ki, bu işbazlar müəyyən qədər insafa gəlməlidir”. Komitə sədri qeyd edib ki, dövlət bazarda qiymətlərin süni qaydada artmasının qarşısını alır və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir: “Ancaq bu gün bazar iqtisadiyyatıdır, kimisə istehsal etdiyi məhsulu aşağı qiymətə satmağa məcbur etmək mümkün olmur”.
İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında ərzaq məhsullarının qiymətlərinin bayram ərəfəsində qalxacağının gözlənilən olduğunu deyib:
"Bayramlar ərəfəsində istehlak bazarında qiymətlərin qalxması tələb-təklifin nisbəti ilə əlaqədar məsələdir. Lakin bu, eyni zamanda ölkədə qiymətlərin müvafiq iqtisadi qanunauyğunluqlar əsasında formalaşmadığının göstəricisidir. Hansı ki, elə bu üzdən də işbazlar bundan istifadə etməli olurlar. Buna qarşı konkret tədbir görmək mümkün deyil. İnzibati metodlar effektsiz xarakter daşıyacaq. Bazar gərək, özü-özünü tənzimləsin. Bunun üçün də idxaldan asılı olmamalıyıq. Odur ki, gərək, məsələyə real yanaşaq. Hələ yaxşı ki, dövlət nəzarəti var. Yoxsa, vəziyyət lap katastrofik olar. Süni qiymət artımı inhisarçılğın və idxaldan asılılığın olmamasını tələb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual