Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq
Yusif Nəzərli
16:02 14.02.2025
Region
516
Türkiyə ABŞ Prezidenti Donald Trampın qlobal sülh gündəliyinin təmin edilməsi ilə bağlı seçkiqabağı vədlərinə əməl etməsini gözləyir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfəri çərçivəsində onu müşayiət edən jurnalistlərə söyləyib. Türkiyə liderinin sözlərinə görə, Ağ evin yeni rəhbərinin addımları müharibəyə deyil, sülhə xidmət etməlidir.
Ərdoğan Yaxın Şərqdəki vəziyyətə diqqət çəkərək, “Mən etdim, belə də olacaq” prinsipinin regionda işə yaramayacağını vurğulayıb. “Qəzza sektorunda hazırkı vəziyyət həqiqətən də çox həssas və qarışıqdır. Buna görə də münaqişənin ədalətli həlli yollarının təmin edilməsi istiqamətində atılacaq addımlar üstünlük təşkil etməlidir. Bu, fələstinlilərin hüquqlarının müdafiəsi üçün vacib amildir”, - deyə Türkiyə Prezidenti söyləyib və Ankaranın Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin əldə edilməsi ilə bağlı çağırışlarını xatırladıb.
D.Trampın Qəzza ilə bağlı bəyanatlarını şərh edən Türkiyə Prezidenti deyib: “Təəssüflər olsun ki, ABŞ bizim regionla bağlı səhv mövqe tutub. İstənilən addım regionun tarixi irsi və dəyərlərini nəzərə alaraq atılmalıdır. Bundan kənar istənilən nəzər nöqtəsi Birləşmiş Ştatlara fayda verməyəcək. Bu, gözlənilən sülhün bərpa edilməsi planına zidd və səhv yoldur”.
O əminliklə bildirib ki, fələstinlilərin Qəzza sektorundan köçürülməsi ilə bağlı bəyanatları heç bir müsəlman dövləti dəstəkləməyəcək və Yaxın Şərqdə yalnız qarşıdurmaların daha da dərinləşməsinə gətirib çıxaracaq.
Ankaranın xarici siyasi kursuna gəlincə, Ərdoğan söyləyib ki, Türkiyənin nüfuzu artdıqca, Şərqdə və Qərbdə ölkəyə olan maraq daha da artacaq.
Rəcəb Tayyib Ərdoğan Türkiyəni “iki müxtəlif dünya arasında möhkəm körpü” adlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol