Ermənistanı silahlandırmaqda davam edəcəklər - DEPUTAT
Yusif Nəzərli
08:37 15.02.2025
Siyasət
462
Hay işğalına dəstək verənlərin yenə də eyni niyyətlə yaşadıqları, qətiyyən dəyişmədikləri açıq-aydın ortadadır
"Yelisey sarayı Paşinyanla Makronun görüşü zamanı ikincinin “Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək əzmində oldularını bir daha təsdiqlədiyini” bildirib". Bunu millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, Parisdəkilərdən cəmi bir neçə gün qabaq tehrandakılar da eyni məzmunlu moizələrini növbəti dəfə təkrarlamağa ehtiyac duymuşdular:
"Bu da əslində, onların Ermənistanı revanşizmə həvəsləndirmələrinə son qoymaqla bağlı xəbərdarlıqlarımıza verdikləri reaksiyadır. Yəni Ermənistanı silahlandıranların burada sinxron hərəkətləri heç də onunla bağlı deyil ki, regionda doğrudan da, sərhədlərin dəyişdirilməsi təhlükəsi var. İndi elə bir təhlükə yoxdur. Amma gələcəkdə ola bilər. Bu regionda sərhədləri kimin dəyişdirdiyini, hansı ölkənin torpaqlarının 30 ildən artıq işğal altında olduğunu Tehrandakı əmmaməlililər də, Parisdəki xaçlılar da gözəl bilirlər. Hayları silahlandırmaqla da gələcəkdə bunun bir daha təkrarlanmasına çalışırlar. Onların Ermənistanın sərhədlərinin toxunulmazlığını əzmlə dəstəkləyəcəkləri haqda açıqlamaları da, əslində, o deməkdir ki, konstitusiyasında qonşularına qarşı ərazi iddiası yer alan bu işğalçı ölkəni silahlandırmaqda davam edəcəklər".
Parlament üzvü qeyd edib ki, Ermənistanla İran arasında yazda imzalanması gözlənilən "uzunmüddətli hərtərəfli strateji tərəfdaşlıq" anlaşmasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinin nəzərdə tutulduğu haqda da xəbərlər var:
"Buna da ən çox cəhd edən rəsmi Tehrandır. Ermənistanın Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan bir neçə gün öncə etiraf etmişdi ki, rəsmi İrəvanın bu məsələdə tərəddüdləri fonunda İran dəfələrlə Ermənistanla hərbi-texniki əməkdaşlığı dərinləşdirməyə çalışıb. O, Fransa və Rusiyanın bu əməkdaşlığa göz yummağa hazır olduqlarını bildiyini də vurğulamışdı. Beləliklə, hay işğalına dəstək verənlərin yenə də eyni niyyətlə yaşadıqları, qətiyyən dəyişmədikləri açıq-aydın ortadadır. Sadəcə, geosiyasi reallıq dəyişib ki, onu da dəyişdirən Azərbaycandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm