İqtisadiyyat naziri Londonda bir sıra görüşlər keçirdi
Yusif Nəzərli
14:12 14.05.2025
İqtisadiyyat
670
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısında iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib. Səfər çərçivəsində Londonda bir sıra görüşlər keçirilib.
Bu barədə Sherg.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-nin prezidenti Odil Reno-Basso ilə görüşüb. Görüşdə Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyi, AYİB-lə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin və texnoloji yeniliklərin ölkəmizdə tətbiqinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Avropa İttifaqı ilə müxtəlif proqram və layihələr üzrə tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından mühümdür. Görüşdə əməkdaşlığın prioritetləri, yaşıl enerji və infrastruktur layihələrinin icrası, dayanıqlı iqtisadiyyata keçiddə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.
Moldova Respublikasının Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Doina Nistorla görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, investisiya, ticarət, energetika və digər istiqamətlər üzrə faydalı işbirliyinin inkişafı üçün böyük imkanlar var. Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
Mikayıl Cabbarov AYİB-nin İllik Toplantısı çərçivəsində görüşdə Bankın birinci vitse-prezidenti kimi fəaliyyət müddəti başa çatmaqda olan Yurgen Rigterinkə əlaqələrin inkişafına verdiyi töhfələr üçün təşəkkür edib, bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Bankla tərəfdaşlığın önəmi qeyd olunub, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün atılan addımlar vurğulanıb.
Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla görüşdə ölkəmizin Misirlə iqtisadi əlaqələrin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, ticarət və investisiya tərəfdaşlığın əsas istiqamətlərindəndir. Ölkəmizdə Misir investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat, xidmət və digər sahələrdə aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Tərəflər biznes dairələri arasında işgüzar münasibətlərin təşviqi məqsədilə birgə institusional mexanizmlərin və platformaların yaradılması, eləcə də, enerji, KOB, sənaye, infrastruktur, nəqliyyat-logistika və s. sahələr üzrə qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndiriblər.
Avropa İnvestisiya Bankının direktoru Lionel Rapay ilə görüşdə ölkəmizin Bankla uzunmüddətli əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bildirilib ki, Bankla infrastruktur, rəqəmsal inkişaf və digər sahələr üzrə səmərəli tərəfdaşlıq münasibətləri mövcuddur.
Görüşdə biznes subyektlərinə dəstək, infrastruktur layihələri çərçivəsində işbirliyi və birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanları haqqında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya