İKT mütəxəssisi: Azərbaycanda internetin sürəti sahəsində problemlər yoxdur
11:50 16.05.2025
Texnologiya
595
2025-ci ilin aprel ayında Azərbaycanda mobil internetin median sürəti 74,08 Mbit/s olub və nəticədə Azərbaycan 5 pillə geriləyərək 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb.
“APA-Economics” xəbər verir ki, bu barədə “Ookla”nın yayımladığı “Speedtest Global Index” hesabatında qeyd edilib.
Hesabata görə, ötən ay ¬¬ölkəmiz sabit genişzolaqlı internetin median sürətinə görə, 5 pillə irəliləyərək 155 ölkə arasında 86-cı yerdə qərarlaşıb.
Belə ki, apreldə Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 76,87 Mbit/s olub.
“Speedtest Global Index” hesabatında həmçinin dünya ölkələrinin paytaxt və əsas şəhərlərində olan internet sürətinə görə reytinq də açıqlayıb. Hesabatda deyilir ki, Bakıda mobil internetin median sürəti 90,57 Mbit/s olub. Bu isə mart ayına nisbətən 3 pillə geriləyərək 150 şəhər arasında 83-cü yerdə qərarlaşma deməkdir.
Qeyd edilən dövrdə sabit genişzolaqlı internetin median sürətinə görə isə Azərbaycan paytaxtı 1 pillə irəliləyərək 76,02 Mbit/s sürətlə 200 şəhər arasında 114-cü yerdə qərarlaşıb.
Məsələyə münasibət bildirən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Sherg.az-a bildirib ki, geriləmə o demək deyil ki, bizdə sürət azalıb:
"Hazırda Azərbaycanda internetin sürəti sahəsində problemlər yoxdur. Bizdə yetəri qədər internet sürəti var. Hətta biz bizdə olan təqdim olunan və biz ödədiyimiz. Bilirsiniz ki, internetə görə minimal ödəniş 25 manatdır. O pul qarşılığında biz 100 meqabit saniyə internet alırıq. 100 meqabit saniyə ilə demək olar ki, bir çox adi vətəndaşların tələbatları tam ödənir. 3-4 nəfərdən ibarət bir ailəni tam olaraq ödəyir. Lakin 8-10 nəfərlik ailə qoşulursa, onlarda artıq problemlər yaranır. Regionlarda, hətta kəndlərdə də bu sahədə məsələlər hamısı həll olunmaq üzrədir. Biz ödədiyimiz məbləğ alaraq o bizi tam qane edir. Amma bir məsələ də var ki, 25 manat ödənilsə belə bəzi provayderlar bunu tam təmin edə bilmirlər. Belə hallar olan zaman Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində İnformasiya Kommunikal Texnologiya Agentliyi var. Onların rəsmi saytlarında elektron şikayət formaları var və hər bir istifadəçi əgər onu provayder aldadırsa, şikayət edə bilər. Bu zaman dövlət qurumu vasitəsilə həmin şikayətlərə baxılaraq o problemləri aradan qaldırıla bilər. Amma bizdə mobil internetin qiymətləri bahadır. Bizim hazırkı hədəflərimiz, internetin qiymətlərinin aşağı düşməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya