Analitik: Gürcüstanla Aİ arasında münasibətlər daha da mürəkkəbləşə bilər
10:22 23.06.2025
Cənubi Qafqaz
461
Bu gün Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin Şurasının toplantısı keçiriləcək.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi ilə keçiriləcək iclasın gündəliyində Gürcüstanla bağlı məsələ də yer alıb.
Litva Gürcüstanla bağlı altı bənddən ibarət təşəbbüs təqdim edəcək. Bu ölkənin xarici işlər naziri Kyastutis Budris bildirib ki, siyahıda Gürcüstanın vətəndaş cəmiyyətinə əlavə dəstəyin göstərilməsi və vizasız rejimə yenidən baxılması məsələləri yer alıb.
Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martın 28-dən tətbiq olunur. Bu ilin yanvarında Aİ Gürcüstanın diplomatik pasportlarına sahib şəxsləri üçün vizasız rejimi ləğv edib. Lakin gürcü məmurların diplomatik pasportla yanaşı, adi pasportları da olduğundan bu addım daha çox rəmzi xarakter daşıyıb.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Gürcüstanla bağlı gündəmdə müəyyən məsələlər olsa da, əslində, burada daha fərqli proseslər baş verir:
"Belə ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqının ölkədəki səfiri Pavel Hercinski haqqında səsləndirdiyi fikir – yəni onun “faciəli şəxs” olduğunu və guya Gürcüstandakı seçkilərə müdaxilə etməyə məcbur edildiyini deməsi – münasibətlərin gərginləşməsinin bariz nümunəsidir. Bu açıqlama onu göstərir ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər növbəti mərhələyə keçmək əvəzinə, daha da mürəkkəbləşə bilər. Bunu xüsusilə seçkilər, xarici təsirlərə dair qəbul edilən qanunlar və Avropa İttifaqının artan təzyiqləri fonunda müşahidə edirik. Bu vəziyyət dərin bir böhrana səbəb ola bilər. Hətta bu böhran daha geniş miqyaslı proseslərə də yol aça bilər. Viza məsələləri və diplomatik pasportların verilməsi ilə bağlı mümkün qadağalar Gürcüstanı bu sahədə də kritik həddə yaxınlaşdırır. Belə qərarların qəbul edilməsi halında isə təəccüblənmək lazım deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə