
Ekspert: Azərbaycanda isə vahid olaraq 10 faizlik endirim bütün növ cərimələrə şamil edilir
10:18 24.06.2025
Cəmiyyət
941
Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, uzun illərdir ki, inzibati cərimələrə tətbiq olunan güzəşt mexanizmi qüvvədədir:

“Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, cərimə tətbiq edildikdən sonra 10 gün ərzində ödənildiyi təqdirdə 10 faizlik güzəşt nəzərdə tutulur. Bir sıra ölkələrdə daha yüksək güzəşt faizləri tətbiq edilir. Məsələn, qonşu Rusiya Federasiyasında bəzi inzibati xətalara görə tətbiq olunan cərimələrin 30–50 faizədək endirimlə ödənilməsi mümkün olur. Qeyd etmək lazımdır ki, bu güzəştlər əsasən yüngül inzibati xətalara şamil edilir, ağır xətalara görə nəzərdə tutulan cərimələrdə isə belə güzəştlər tətbiq edilmir. Azərbaycanda isə vahid olaraq 10 faizlik endirim bütün növ cərimələrə şamil edilir. Əgər müəyyən edilmiş müddət ərzində cərimə ödənilməzsə, həmin məbləğə əlavə faizlər hesablanır. Bu yanaşma vətəndaşları cərimələri vaxtında ödəməyə stimullaşdırmaq və maliyyə intizamını təşviq etmək məqsədi daşıyır. Bununla belə, bəzi hallarda cəriməni ödəmək imkanı olan şəxslər bilərəkdən gözləmə mövqeyi tutur, cərimənin üzərinə əlavə faiz gəlsə belə ödəmədə gecikirlər və ya ödəməkdən imtina edirlər. Lakin sürücülük hüququnun məhdudlaşdırılması və digər ciddi sanksiyaların tətbiqi riski ilə qarşılaşdıqda ödənişi həyata keçirməyə məcbur olurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət