Gürcüstana psixotrop preparatların idxalı qadağan olunur
10:50 25.06.2025
Cənubi Qafqaz
405
Gürcüstanda özəl şirkətlərin psixotrop preparatlar idxal etməsinə tam qadağa qoyulacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
Onun sözlərinə görə, qadağanın məqsədi psixotrop vasitələrdən qeyri-tibbi məqsədlə istifadənin qarşısını almaqdır.
“Psixotrop maddələr tədarük edən fərdi subyektlər Gürcüstanda bu cür vasitələrin istifadəsini süni şəkildə stimullaşdırır. Bu gün ölkədə psixotrop preparatların, xüsusən də benzodiazepinin istifadə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir”, - Baş nazir söyləyib.
İ.Kobaxidze qeyd edib ki, Gürcüstanda xüsusi nəzarətə ethiyacı olan preparatların idxalı və reallaşdırılması hüququ yalnız dövlətə məxsus olacaq.
Hökumət başçısı əlavə edib ki, ölkədə reseptlərin yazılması və dərmanların verilməsinə nəzarət sərtləşdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət