Anar Ələkbərov media rəhbərləri ilə görüşdü
19:13 08.11.2024
Gündəm
382
Bu gün COP29 iqlim konfransına hazırlıq işlərinin tamamlanması ilə bağlı COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən yerli media qurumlarının konfrans məkanı olan Bakı Olimpiya Stadionuna mediatur təşkil edilib.
Axar.az xəbər verir ki, media nümayəndələrinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Mediaturda Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər.
Tədbir məkanı ilə tanışlıq zamanı media nümayəndələrinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, məkanda ümumilikdə 155 pavilyon var və bu pavilyonlarda çoxsaylı sərgilərin keçirilməsi nəzərdə tutulub. Məkanda 29 iclas otağı var. Həmçinin digər danışıqlar üçün də otaqlar ayrılıb.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkiblər. Tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanışlıq olub. Mavi zonada yerləşən Azərbaycan pavilyonuna da baxış keçirilib. Bildirilib ki, bu pavilyonun ümumi ərazisi 450 kvadratmetrdir. Gün ərzində burada onlarla tədbirin keçirilməsi nəzərdə tutulub. Pavilyonlarla tanışlıq zamanı bildirilib ki, ən nöyük pavilyonlar Azərbaycanla yanaşı Türkiyə və Çinə ayrılıb. Ümumilikdə, tədbirlər həm Yaşıl, həm də Mavi zonada olacaq.
İclas otaqlarına, media mərkəzinə, həmçinin yemək otaqları və istirahət yerlərinə baxış keçirilib.
Qeyd olunub ki, C zonasında Azərbaycan tarixini əks etdirən guşə yaradılıb və eksponatlar gətirilib. Bildirilib ki, tədbir məkanında Azərbaycan təbiətinin füsunkarlığını əks etdirən videogörüntülər də təqdim ediləcək.
Məkanda ən böyük zal Nizami zalıdır. 1600 yerlik zalda böyük rəsmi tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Məkanla tanışlıqdan sonra COP29 könüllüləri ilə görüş olub. Bundan sonra COP29 dövründə istifadə ediləcək nəqliyyat vasitələri təqdim olunub. Bildirilib ki, ümumilikdə 500 avtomobil istifadə ediləcək. Bura elektrik avtomobilləri – fiziki məhdudiyyətli şəxslər üçün xüsusi avtomobillər, qolf-karlar, yanğın və təcili yardım avtomobilləri daxildir. 210 avtomobil Liderlər Sammitində istifadə olunacaq. Həmçinin tədbir dövründə 140 elektrik avtobusun istifadəsi nəzərdə tutulub.
Daha sonra Yaşıl Zona ilə tanışlıq olub. Bildirilib ki, burada 58 şirkət müxtəlif pavilyonlar təşkil edib. Bir sıra zonalarda, o cümlədən Yaşıl Zonada 24 saat fəaliyyət göstərən idarəetmə mərkəzi yaradılıb.
Qeyd edək ki, bu günədək 67 min nəfər şəxs və 3500 media nümayəndəsi COP29 tədbirində iştirak üçün qeydiyyatdan keçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət